"Şou aləmində bəziləri gündəmə gəlmək üçün "Həci"lərdən istifadə edirlər"- Hacı Surxay
Bu gün ictimaiyyətdə "həci"lərə qarşı mənfi fikir formalaşıb. Bunun səbəbi bəzi məşhurların "həci" sevgililəri ilə gündəmdə qalmağa çalışmaqlarıdır. Hətta, o məşhurların arasında "həci" ilə ailə qurub, uşaq dünyaya gətirənlər də var.
Bununla bağlı BiG.AZ-a açıqlama verən İçərişəhər Cümə məscidinin axundu, professor Hacı Surxay Məmmədli bildirib ki, bu gün minlərlə insan Həcc ziyarətinə gedir:
"Allah hər kəsin ziyarətini qəbul eləsin. Təəssüf ki, bu gün "Hacı"lıq statusunu və dəyərlərini qoruyan azdır. Biz Hacı deyəndə Hacı Zeynalabdin Tağıyevi nəzərdə tuturuq. Elə hacılarımız var ki, Həcc ziyarətindən qayıdandan sonra yaxşı əməllər edir, imkansız qızlara təhsil verir, onun üçün gözəl addımlar atır. Əgər, bir qız imkansızlığına görə ərə gedə bilmirsə onun cehizlərinə yardım edir, imkansız insanların yanında olur. Bu cür gözəl addımlar atan insanlara Hacı statusu vermək olar. Amma bu adı götürüb qeyri-adekvat hərəkətlər edən insanlar da var. Bu yolverilməzdir. Bəzi insanlar var ki, xoş olmayan fikirlər səsləndirir. Bu onun əxlaqının göstəricisidir. İnsan əgər bir nəfərlə sevgisini bölüşürsə bunu Allah bilməlidir. Bunu ictimailəşdirmək günahdır. Çünki Allah eyibləri örtəndir. Şou aləmində gündəmə gəlmək üçün dindən istifadə etmək olmaz. Din şounu qəbul etmir, xurafi fikirləri dəstəkləmir. Bu gün hər bir insan halallıqla kimləsə sevgisini bölüşə bilər. O, bunu gizlətmələdir. Şou aləmində insanlar var ki, onlar ailəsinə hörmət edib, qoruyurlar. O demək deyil ki, şou aləmində olan insanlar bütün çılpaqlığı ilə ailəsini gündəmə gətirir. Əlbəttə, şou aləmində hörmət etdiyim, tanıdığım insanlar var. Bu gün dindarlar arasında da elə insanlar var ki, onlar öz dəyərlərini qoruyub saxlaya bilmir. Məncə insanlar tutduğu peşədən asılı olmayaraq öz şəxsi dəyərlərini qorumalıdırlar".
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-10-2019, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-10-2019, 11:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11