reklam
Regionxeberlericom.az » Cəmiyyət » Atasının imtina etdiyi 42 günlük körpənin dəstəyə ehtiyacı var: "Müalicələrini edə bilmirik"

reklam

Atasının imtina etdiyi 42 günlük körpənin dəstəyə ehtiyacı var: "Müalicələrini edə bilmirik"


















42 günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə onun anası Dilarə Bayramova məlumat verib:

"Ömər 42 gün öncə, 30-cu həftəsində dünyaya gəlib. Doğulduğu gün həkimlər onun küvəzə qoymağı məsləhət bildilər. Ömər dörd gün küvəzdə qaldı. Həmin dövr ərzində qızıllarımı satıb, müalicəni edə bildim. Hazırda Ömərdə ağciyər durğunluğu və sarılıq var. Həkimlər bunun üçün müalicəni davam etdirməli olduğumuzu deyir".

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyir.

"Ömər mənim ilk övladımdır, onun üstündə çox əsirəm, nə edəcəyimi bilmirəm. Yoldaşım hamiləlik dövrümdə məndən ayrılıb, heç Öməri görməyib. Dəfələrlə övladını gəlib görməyini desəm də, mənə lazım deyil deyib. Bir anamın ümidinə qalmışam. Hazırda Ömərin müalicəsi üçün bizim 600 manata ehtiyacımız var, ona yemək almaqda belə çətinlik çəkirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladıma kömək əllərini uzatmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 443-06-27.

Uni Bank: 5243 7544 4090 2573.




Paylaş:


Müəllif : Tarix:
17-02-2025, 19:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər