Sabiq diplomat ittihamı qəbul etmir

Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Buna görə onlar arasında mübahisə yaranıb. Hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla bir dəfə Kamalın qarın nahiyəsindən vurub.
Keçmiş diplomat is ittihamı qəbul etməyib O, ümumiyyətlə, belə bir hadisə baş vermədiyini deyib.
Prosesin davamında zərərçəkmiş Kamal Şükürov ifadə verib. O, əvvəllər Eminlə hər hansı ədavətinin olmadığını bildirib. Kamalın sözlərinə görə, əvvəllər Emini tanımayıb, adını hadisə baş verəndən sonra öyrənib.
Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlamadığını, onun qanunun tələbinə uyğun həddə cəzalandırılmasını istəyib.
Proses 1 ay sonra-martın 12-si şahid ifadələri ilə davam edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2025, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR