reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəzi rayonlara yağış yağır - Faktiki hava

reklam

Bəzi rayonlara yağış yağır - Faktiki hava




















Azərbaycanda fevralın 6-sı saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Belə ki, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Qrız, Qusar, Quba, Altıağac, Gədəbəy, Şamaxı, Tərtər, Xaltan, Qobustan, Şəki (Kişçay), Şahdağda arabir qar, Mingəçevir, Ağstafa, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Balakən, Oğuz, İsmayıllı, Ceyrançöldə isə yağış yağır.

Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 22 m/s, Şamaxıda 17 m/s, Hacıqabulda 16 m/s, Gəncə, Neftçalada 15 m/s, Şirvanda 14 m/s-yə çatıb.

Şəki (Kişçay), Qax (Sarıbaş), Daşkəsən, Göygöl, Qrız, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.




Paylaş:


Müəllif : Tarix:
6-02-2025, 21:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər