Zaqatalada itlər kütləvi şəkildə güllələndi
Zaqatalanın Danaçı massivindəki zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.
RegionXəbərləricom.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.
Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq:
"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".
RİH-də baytarlıq tədbirləri görüldüyü bildirilib: "İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. İtlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".
Paylaş:
Müəllif : Fuad
Tarix:2-01-2025, 18:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR