Azərbaycanda daha bir ağır yol qəzası: Ölənlər var
Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
RegionXəbərləricom.az "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də saat 22 radələrində Şəki şəhərində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1978-ci il təvəllüdlü Mehman Camalov və sərnişini 1982-ci il təvəllüdlü Natiq Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər