Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
"İstehlakçı hüquqların məhkəmə müdafiəsinə məhkəmələrin özlərinin kobud qadağa qoymaları faktları yetərincədir. Ən çox sınanılan qadağa metodu ərazi aidiyyatının pozulması bəhanəsidir. Məhkəmələr MPM-in 35-ci maddəsinin , yəni iddianın cavabdehin olduğu yerin məhkəməsinə verilməsi tələbinin pozulduğunu əsas tutub iddianı geri qaytarırlar". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Gerçəkdə belə halda işin aidiyyatı məhkəməyə göndərilməsi qanunvericilikdə doğrulanması bir yana, axı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialarda məhkəməni seçmək iddiaçıya məxsusdur. MPM-in 36.9 və 36.13-cü maddələrində belə yazılıb. Di gəl, məhkəmə hakimiyyəti prosessual qanunvericiliyi qeyri- prosessual sövdələşmədən aşağıda tutur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsində yazılıb: “İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.” Bu qanun, bu prosessual məcəllə, bu da məhkəmənin qeyri-prosessual yanaşma metodu! Hətta istehlakçı hüquqlarının kassasiya müdafiəsinə də qadağa qoyulub. Halbuki MPM-in 402-ci maddəsi belə işlərdə kassasiya şikayəti verilə bilməsini doğrulayır. Di gəl, kommunal, xidmət qurumunun qeyri-prosessual basqısı altında bir çox hakimlər 3-5 manatı yüksək hakim adından, andından üstün tuturlar.
Rabitə, internet xidmətinin standarta uyğunsuzluğu, göstərilməyən xidmət adına şişirtmə haqq tələb edilməsi, istehlakçıların zorakı xidmətə məcbur edilərək xətlərinin kəsilməsi, balanslarının silinməsi adi hal alıb. Zorakı xidmətə baxın, xidmət qurumu qanunsuz, istehlakçıya əlverişli olmayan müqavilə şərti diqtə edir və razılaşmayanları, xidmətdən imtina edənləri cərimə ilə cəzalandırır. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14.2 maddəsinə görə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşiddə mal almağa və xidmət göstərilməsinə məcbur etmək QADAĞAN EDİLİR. 16-cı maddədə isə yazılıb: “ Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını MƏHDUDLAŞDIRAN müqavilə şərtləri ETİBARSIZ sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir”. Vurulan zərərin ödənilməsi görəvi uyğun dövlət icra hakimiyyəti qurumlarının– Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi , İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin üzərinə qoyulsa da, bu agentliklər susmağa, ən yaxşı halda, hüquqpozucu xidmət qurumlarının qanunsuz cavablarını təkrar etməklə məşğuldurlar.
Bəs məhkəmə? Vurğuladığımız kimi, məhkəmə çeşidli bəhanələrlə iddianı geri qaytarmaqla, vətəndaşın, istehlakçının məhkəmə müdafiəsi hüququna qadağa qoymaqla istehlakçı hüquqlarını “qoruyur”. Mobil rabitə xidmətinin eyni gündə Qarabağ qazisinin istifadəsində olan dörd bağlı nömrəni zorakı xidmətə qoşub, toplam 90 manatı silməsi özbaşınalığından Xətai məhkəməsində qaldırılan iddianın “bəxtinə” də “geri qaytarılma” yazılıb”. Hakim Şəhriyar Əliyev elektron kabinetdən “elektron imza” ilə imzalanmış iddianı imzalanmadığı “əsası” ilə geri qaytarıb. (?) Yəqin cavabdehin qeyri-prosessual sifarişi prosessual qanunvericilikdən, Konstitusiyadan elə səviyyədə üstün olub ki, məhkəmə elektron kabinetdən verilən sənədin “elektron imza” ilə imzalandığını “unudub”. İndi Məhkəmə Hüquq Şurası bu “unutqanlığa” qiymət verməyə borcludur".
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2024, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər