Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
Onlardan biri Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyevdir. Ədliyyə mayoru olan 34 yaşlı Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirən yeni hakim müxtəlif illərdə Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb.
C.Nəbiyev 44 günlük Vətən müharibəsində iştirakına görə Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasına görə medalları, eyni zamanda “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2024, 11:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-11-2024, 11:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01