reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prodüser aldatdığı arvadına 5 mənzil və 2 maşın verərək boşandı - FOTO

reklam

Prodüser aldatdığı arvadına 5 mənzil və 2 maşın verərək boşandı - FOTO

















"Avşar Film"in sahibi, məşhur prodüser Şükrü Avşarla 43 illik həyat yoldaşı Hüsniyə Avşarın evliliyi İstanbul Ailə Məhkəməsində 10 dəqiqə davam edən məhkəmə iclası ilə başa çatıb.

İstanbul Ailə Məhkəməsində baxılan işdə tərəflər razılaşma yolu boşanıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Məhkəmə Şükrü Avşarın Hüsniyə Avşara verəcəyi 5 ev və 2 avtomobilin razılaşmasını təsdiqləyib.

Məhkəmə tərəflərin qarşılıqlı razılaşma yolu ilə boşanmasına qərar verərkən, Şükrü Avşarın Hüsniyə Avşara 5 mənzil və 2 avtomobil verməyə razılaşdığı öyrənilib.

Proses zamanı məhkəmə Şükrü Avşarın Hüsniyə Avşara 200 min lirə müvəqqəti aliment ödəməsinə qərar verib.

Məhkəmədə aliment istəmədiyini bildirən Hüsniyə Avşar da Şükrü Avşarın 5 ev və 2 avtomobil üçün əldə etdiyi razılaşmanı qəbul edib.

Qeyd edək ki, ötən il Hüsniyə Avşar əri Şükrü Avşarın onu dəfələrlə aldatdığını və qadın heysiyyətinə xələl gətirdiyini bildirərək boşanma tələb etmişdi. Ərinin ondan aldığı sərmayə ilə qurduğu biznesdən qazandığı bütün var-dövləti sevgililərinə xərclədiyini iddia edən Hüsniyə Avşar "Avşar Film" şirkətinə də tədbir görülməsini istəmişdi.





Paylaş:


Müəllif : Tarix:
16-11-2024, 14:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər