Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir
“Məhsul” stadionunu satmaq istəməkdə təqsirli bilinən stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyev barəsindəki hökmdən apellyasiya şikayətləri verilib.
İş üzrə zərərçəkmiş şəxslər hökmdən narazıdırlar.
Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrlik etdiyi hakimlər araşdırıb. Təqsirləndirilən şəxslər ikisi də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onların ikisinə də Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilsə də, eyni məcəllənin 70-ci maddəsi (şərti məhkum etmə) yalnız Nadir Əliyevə şamil edilib. Hökmə əsasən, Alik Həsənov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Nadir Əliyev isə məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Zərərçəkmiş şəxslər isə hökmlə razılaşmırlar. Onlar dəymiş ziyan ödənilmədiyi halda müttəhimlərə yüngül cəza verilməsini qanunauyğun hesab etmirlər. Bu səbəbdən hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verib. Şikayətlərdə Alik Həsənovun cəzasının ağırlaşdırılması, Nadir Əliyevin isə həbs edilməsi, həmçinin onların əmlaklarının satılaraq dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istənilir.
Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməyib.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2024, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər