reklam
Regionxeberlericom.az » Cəmiyyət » Paris prokurorları Marin Le Penin həbsini tələb etdilər

reklam

Paris prokurorları Marin Le Penin həbsini tələb etdilər


















Fransada Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Prokurorluq iddia edib ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər.

2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni həmçinin 300 min avro cərimə gözləyir.

“Le Monde” qəzetinin yazdığına görə, Le Pen haqqında hökm gələn ilin əvvəlində çıxarıla bilər.

Qeyd edək ki, məhkəmə işi Marin Le Pen və onun 24 partiya üzvünə qarşı aparılır. Onlar 2004-2016-cı illər arasında Avropa İttifaqından aldığı maliyyəni vəsaitlərini sui-istifadə edərək rəhbəri olduğu partiyada (red. - o vaxt “Milli Cəbhə” adlanırdı) qeyri-qanuni xərcləməkdə itiham edilir.




Paylaş:


Müəllif : Tarix:
14-11-2024, 08:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər