Alimlərdən bu xəstəliyə qarşı ümidverici KƏŞF
Bədəndəki digər orqanlardan fərqli olaraq beynin düzgün işləməsi üçün çoxlu enerjiyə ehtiyacı var. Enerji əskikliyi, yaşlanma və alzheimer xəstəliyi beyni zəiflədir. Bu xəstəliyə qarşı ümidverici bir kəşf tapılıb.
Modern.az xarici mediaya istinadla xəbər verir ki, Stanford Universitetində aparılan araşdırma zamanı bir eksperimental xərçəng dərmanının siçanlarda alzheimerin səbəb olduğu beyin metabolizmasını normallaşdırdığı və öyrənmə, yaddaş qabiliyyətlərini bərpa etdiyi aşkarlanıb.
Bu kəşf, alzheimerin müalicəsində metabolizmi gücləndirən yeni yanaşmaların potensial olaraq xəstəliyin bəzi simptomlarını geri qaytara biləcəyini göstərir. Hazırda mövcud olan dərmanlar yalnız amiloid lövhələrini çıxarmağa kömək etsə də, bu dərman beyin hüceyrələrinin enerji ilə təminatını artırır. Tədqiqatçılar bunu astrositlərin – beyin hüceyrələrinə enerji verən hüceyrələrin fəaliyyətini normallaşdırmaqla əldə etdiklərini bildirirlər.
Hələlik bu təcrübələr siçanlar üzərində uğurla aparılıb və nəticələrin insanlarda da təsdiqlənməsi tələb olunur.
Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-10-2024, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |