“TOST”un rəhbəri həbs edildi - 5 milyon ələ keçiriblər - Video
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib.
Mətbuat xidməti xəbər verir ki, sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan “TOST”a qarşı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində piramidaya başçılıq edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs, 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “TOST”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.
Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.
Müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.
N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Sonda qeyd edək ki, “TOST” dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2024, 16:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər