Polkovniklərin həbsi davam edəcək - Mühüm açıqlama
Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu cür halların tamamilə aradan qaldırıması üçün cəmiyyətin dövlət strukturlarına kömək etməsi vacibdir:
“Səfərbərlik Xidmətində uzun illər boyu, valideyn, həkim və səfərbərlik xidməti arasında müxtəlif razılaşmalar əsasında qanunsuz fəaliyyətlər həyata keçirilirdi. Hazırda bu fəaliyyətlərin aşkarlanması və tənbeh tədbirləri məqsədi ilə kifayət qədər ciddi işlər görülür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ümumilikdə 259 əməkdaşının məsuliyyətə cəlb olunması da bununla əlaqədardır. Qanunvericilikdə artıq bununla bağlı müvafiq dəyişikliklər edilib. Çünki möhlət hüququnun verilməsi, sülh və yaxud müharibə dövründə yararsızlıq haqqında qərarın qəbul edilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilib. Hazırda müşahidə olunan əsas müsbət tendensiya ondan ibarədir ki, 35 yaşına çatmayan və daha əvvəlki illərdə müxtəlif qanunsuz yollarla hərbi xidmətdən yayınanlar artıq xidmətə yola salınır. Onların sayı hər çağırışda təxminən 500 nəfər və ya bir qədər bundan artıq olur. SHXÇDX vətəndaşlara dəfələrlə müraciət edib ki, rast gəldikləri korrupsiya halları barədə qaynar xəttə müraciət etsinlər. Bu müraciəti özüm də paylaşmışam. Hesab edirəm ki, cəmiyyətin bu proseslərə son qoyulması üçün dövlət strukturlarına yardım etməsi vacibdir”.
Ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev görülən son tədbirlərdən sonra, artıq bu kimi halların tam sıfırlanacağını qeyd edib:
“Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi fonunda, Türkiyə modelinin tətbiqi ilə ordu strukturlarında mümkün ola biləcək qanun pozuntuları demək olar ki, maksimum dərəcədə sıfırlanıb. İndi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də hərbi prokurorluq tərəfindən bir proses başladılıb. Bundan sonra hərbi xidmətə çağırış zamanı səfərbərlik idarələrində qanun pozuntuları sıfırlanmalıdır. Pozuntular o həddə çatmışdı ki, artıq qəbuledilməz halda idi. SHXÇDX-də adətən hərbi xidmətdən qəsdən yayındırma istiqamətində pozuntulara yol verilirdi. Amma bu prosesin bir parçası olan tibbi müayinə artıq ƏƏSMN-nin müvafiq qurumlarına həvalə edilib. Bundan sonra şəffaflığı təmin etmək mümkün oldu. Artıq bu səlahiyyət Səfərbərlik Xidmətində deyil. Düşünürəm ki, bundan səfərbərlik idarələrinə təyin olunan zabitlər də artıq bu kimi qanun pozuntularının mümkün olmayacağı bir qurumda xidmət keçəcəklərini bilirlər. Digər strukturlarımızda olduğu kimi, ən azından qeyri-qanuni yollarla vəzifədən istifadə halları sıfırlanmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2024, 18:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |