“Müəllimlər var ki, 60 baldan heç 6-sını toplaya bilmirlər”
Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların nəticələri heç də ürəkaçan deyil. Maksimum həddi 60 bal olan imtahanlarda 10, hətta 6 bal toplayan namizədlər var. Və bu amil orta və ali məktəblərdəki tədrisin səviyyəsi ətrafında qızğın müzakirələrə yol açır.
Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, problemin kökünü ilk növbədə orta məktəblərin siniflərindəki şagird sayında axtarmaq lazımdır: ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktiki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq cəmləşir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda əlavə sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, oraya yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəllimi üçün vakansiya yaradılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedaqoji tələb yerinə yetirilməlidir”.
“Apardığımız monitorinqlər göstərir ki, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır. Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac var”, - Əsədov deyib.
O bildirib ki, təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması zərurətə çevrilib: “Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18 nəfərdir. Hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədris sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim-şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək”.
Mütəxəssis onu da qeyd edib ki, son 5 ildə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilib: “Təəsüf ki, 2014-cü ilə qədər Azərbaycanda müəllimlərin bilik səviyyəsi, metodiki və kommunikativ yanaşma ilə bağlı sistemli məlumat yox idi. 2014-2017-ci illərdə 4472 dövlət ümumi təhsil müəssisələrində çalışan 142 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildi. Məlum oldu ki, müəllimlərin ixtisasları üzrə bilikləri qənaətbəxş deyil. Baxmayaraq ki, ölkə Prezidentinin sərəncamına əsasın, 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Bu da müəllimlərin bilik səviyyəsinin artmasına təsir göstərməli idi”.
“Lakin Təhsil Nazirliyi tərəfindən 5 il müddətində (2014-2018-ci illərdə) keçirilmiş işə qəbul imtahanlarında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin 15427 məzununun 2589-u (17,5%-i) 48 və daha artıq bal toplaya bilib. 36 və daha artıq bal toplayanların sayı isə 9495-ə çatıb. Bu da müraciət edənlərin 65,36 faizini təşkil edir. Belə qənaətə gəlmək olar ki, işə qəbul müraciəti edən məzunların böyük əksəriyyəti (82,85%) 48-dən aşağı, əhəmiyyətli çoxluğu isə (34,64%) 36-dan aşağı bal toplayıb. Deməli, beş il ərzində müəllim olmaq arzusunu ifadə edən ixtisaslı mütəxəssislərin böyük çoxluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş məzmun və səviyyəyə qoyulan minimum tələblərə cavab verməyib”, - K.Əsədov vurğulayıb.
Əlavə edib ki, 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında rekord sayda - 51 minə yaxın namizəd müsabiqədə iştirak üçün qeydiyyatdan keçib: “Hazırda 4472 orta məktəbdə 151 min müəllim çalışır. Amma hər il 65 yaş və digər səbəblərə görə orta məktəblərdən müəyyən sayda müəllim çıxır. Eyni zamanda, birinci siniflərə qəbulda sayın artması əlavə müəllimlərə ehtiyac yaradır. Xatırladım ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilsə də, hələ də ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi qalır. Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür, şagirdlər və valideynlərin narazılığı yaranır”.
“6-10 bal toplamış məzun bu illər ərzində necə təhsil alıb ki, belə bir nəticə əldə edib?” sualı ilə müraciət etdiyimiz Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfiqə Nağıyevanın AYNA-ya dediyinə görə, hətta elə müəllimlər var ki, heç 6 ballıq nəticə də verə bilmirlər: “Ali təhsil müəssisələri tələbələrə diplomdan başqa heç bir şey vermir. Bəzi tələbələr ali məktəbə diplom və ya tələbəlik illəri həvəsiylə gəlirlər. Hətta mən dəfələrlə şahidi olmuşam ki, abituriyentlər “qəbul olana qədər oxuyum, sonra oxumayacam” deyirlər”.
“Müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi çox müsbət haldır. Əvvəllər az balla müqaviləyə icazə verilirdi, amma indi o da məhdudlaşdırılır. Amma danılmaz faktdır ki, az bal toplayıb müəllim kimi çalışanlar da var. Onlar kursa göndərilsə, öz üzərlərində işləsələr, çox gözəl olar”, - deyə müəllim vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2019, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2019, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01