BNA-nın təmiz şəhər xülyası... - Avtobus qıtlığı yarana bilər
Bakıda ictimai nəqliyyat sisteminin yarıtmaz fəaliyyəti mətbuatın gündəmində olan əsas məsələlərdəndir.
Şəhərdaxili və şəhərətrafı marşrutların əsas problemlərindən biri də intervalın böyük olmasıdır. Bu problemin kökündə dayanan məsələ də həmin marşrutlar üzrə fəaliyyət göstərən avtobusların azlığıdır. Daşıyıcılar daha çox qazanc əldə etmək məqsədilə xəttə minimum sayda nəqliyyat vasitəsi buraxmağa üstünlük verirlər.
Bununla belə, benzin və dizel mühərrikli avtobusların gətirilməsi və fəaliyyətinin də məhdudlaşdırılacağı gözlənilir. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Qərara görə, məhdudiyyət 2022-ci ilin yanvar ayının 1-dən tətbiq ediləcək. Qərarda qeyd edilib ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin sektor müdiri Mais Ağayevin mətbuata verdiyi açıqlamaya görə, daşıyıcılara vaxt verilib ki, onlar həmin müddətə qədər avtobus parklarını ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə işləyən avtobuslarla əvəzləsinlər. Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayının 1-dən həmin avtobusların gətirilməsi və xəttə buraxılmasına icazə verilməyəcək. Olanlar isə istismar müddətini başa vurduqdan sonra xətdən çıxardılacaq.
Məlumdur, müasir dövrdə ekologiyanın çirklənməsi, nəinki Azərbaycanın, dünyanın ən ciddi problemlərindən biridir. Bu baxımdan bu sahədə atılan istənilən addım ilk baxışdan təqdirəlayiq görünür. Amma xüsusilə Bakı şəhərində ictimai nəqliyyat sisteminin xaotik vəziyyəti qərarın tətbiqi ilə bağlı suallar doğurur.
Məhdudiyyət olmadığı halda, avtobuslar arasında böyük intervallar, sərnişin sıxlığı varsa, qərar tətbiq olunduqdan sonra vəziyyət necə ola bilər? Yoxsa fəaliyyətə başlamasından keçən 3 ilə yaxın müddətdə nəqliyyat sistemində heç bir tənzimləmə yarada bilməyən Bakı Nəqliyyat Agentliyi növbəti 2 il 3 ay ərzində inqilabi dəyişikliklərə imza ata biləcək?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, benzin və dizel mühərrikli avtobusların fəaliyyətinin məhdudlaşdırılması ətraf mühitin qorunması istiqamətində dəstəklənməsi lazım olan addımdır:
“3-4 daşıyıcı şirkət var ki, onlar daim öz avtobus parklarını yeniləyir. Bu məsələ gündəmə gələndən onlar qazla işləyən avtobusların gətirilməsinə başlayıblar. Hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən sahibkarlara dəstək olmalıdır ki, onlar öz avtobus parklarını tam olaraq yeniləyə bilsinlər. Daşıyıcı şirkətlərə imkan yaratmaq lazımdır ki, onlar hazırda istismarda olan avtobusları bunlardan istifadə edən ölkələrə sata bilsinlər ki, zərərə düşməsinlər. Əks halda, avtobus qıtlığı yarana, daşıyıcı şirkətlər bunun öhdəsindən gəlməyə bilər. Dövlətin nə qədər avtobus gətirəcəyi də sual doğurur. İlkin mərhələ üçün 300 avtobusun gətirilməsi nəzərdə tutulur, gələn il də bu proses davam edəcək. Hər il 300 avtobus gətirilərsə, bu, cəmi 900 avtobus edir. Amma Bakı şəhərində hazırda 2000 -dən çox avtobus fəaliyyət göstəririr ki, bunlar sərnişindaşıma üçün yetərli deyil, normal interval yoxdur, sərnişinlər yolda qalırlar”.
Ekspert hesab edir ki, avtobusların gömrük rüsumları da endirilməlidir:
“Hazırda avtobus gətirilməsi üçün təxminən 40 min manat rüsum tətbiq olunur. Bu kifayət qədər böyük məbləğdir. 3 avtobusun rüsumu ilə ortatutumlu bir avtobusun ölkəyə gətirilməsi mümkündür. Azərbaycanda avtobus istehsal olunmadığı halda bu qədər rüsumun tətbiq edilməsi düzgün deyil. Biz avtobus parkını bu ildən yeniləməyə başlayırıq, bu ilin yanvarından da gömrük rüsumunu artırıblar. Nəzərə almaq lazımdır ki, qazla işləyən avtobuslar 300 mindən baha başa gəlir. Bu işlə məşğul olan daşıyıcılar məgər nə qədər pul qazanırlar ki... Əgər biz dövlət olaraq 1 ildə cəmi 300 avtobus gətirə biliriksə, bunu bir sahibkardan gözləmək ağır şərtdir. Onlara güzəştlər tətbiq olunmalıdır. Əks halda, avtobus qıtlığı ucbatından vətəndaşlarımız yenə çətinlik çəkəcək. Yəni yenə yollarda qalacaq. Məgər 2020-ci ilə qədər dövlət tərəfindən alternativ nəqliyyat vasitələri-tramvay, tralleybusların istifadəsi tətbiq edilə biləcəkmi? Bu qədər qısa müddət ərzində bu infrastrukturu yaratmaq mümkün deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2019, 16:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2019, 16:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01