reklam
Regionxeberlericom.az » Cəmiyyət » Audit fəaliyyətinə nələr mane olur?-Palata sədri səbəbləri açıqlayıb

reklam

Audit fəaliyyətinə nələr mane olur?-Palata sədri səbəbləri açıqlayıb





















Azərbaycanda audit fəaliyyətinin inkişafına bir sıra amillər mənfi təsir edir.

Modern.az xəbər verir ki, Hesablama palatasının sədri Vüqar Gülməmmədov “ “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq konfransda audit institutunun fəaliyyətinə mənfi təsir edən məqamlara toxunub: “Bu məqamlar audit institutları qarşısında müəyyən edilmiş gözləntilərin reallaşmamasına səbəb olur. 

Həmin məqamların həm subyektiv, həm obyektiv səbəbləri vardır.

Eyni zamanda, onların bəziləri audit orqanları, bəziləri isə onların obyektləri ilə əlaqəlidir.

Məsələn, müvafiq bacarıqlara malik və səriştəli kadr potensialının əmək bazarında çox olmaması fonunda vakant yerlərin qalması, keyfiyyətin idarəedilməsi sistemində boşluqların olması, yeni texnologiyaların tətbiqində yubanmaların olması 1-ci istiqamətə aiddirsə, digər istiqamət üzrə aşağıdakıları sadalamaq olar:

Audit orqanlarından onların mandatlarına aid olmayan gözləntilərin olması, o cümlədən onlara hüquq-mühafizə orqanları kimi yanaşılması, auditin təftişdən fərqləndirilməməsi, obyektlər üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılmasının audit orqanlarından tələb olunması, audit təsiri kimi yalnız bərpa məbləğinə diqqət yetirilməsi;

Bəzi sahələrin həddindən artıq spesifik olması fonunda onların auditinin keçirilməsində çətinliklərin olması;

Daxili audit institutlarının kənar audit üçün müvafiq əminliyi yaratmaması;

Bəzi sahələrin audit olunması üçün zəruri “infrastrukturun” olmaması:

Performans büdcənin olmaması fonunda performans auditin keçirilməsi, dövlət sektorunun qurumlarında mühasibat uçotunun və maliyyə hesabatlarının vahid proqram təminatı (zəruri IT həllər) ilə əlaqələndirilməməsi fonunda maliyyə auditinin, o cümlədən konsolidə edilmiş hesabatların auditinin aparılması, qurumlararası IT sistemlərinin inteqrasiyasının və ya bu sistemlərə audit orqanının çıxışının olmaması, davam edən investisiya layihələri üzrə preauditin yetərsiz qalması və s. audit fəsliyyətinə mənfi təsir edən amillərdir.




Paylaş:


Müəllif : Tarix:
16-09-2024, 15:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər