Şikayətləri əsassız hesab edildi - Yenilənib
63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd Vahid Qocayev seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Müraciətçi sözügedən dairənin bir sıra məntəqələrində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.
Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Namizəd tərəfindən MSK-ya daxil olan müraciət müddəti ötdüyünə görə şikayətçiyə geri qaytarılıb. Vahid Qocayevin müraciəti əssassız olduğundan təmin edilməyib. Təklif səsə qoyularaq qəbul olunub.
***
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizəd Mehdiyev Fəxrəddin seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Çoxsaylı seçki subyektləri tərəfindən verilən məlumata görə, qeyd edilən müraciət əsassız hesab olunub. Təklif səsə qoyularaq qəbul edilib.
***
120 saylı Cəbrayəl-Qubadlı seçki dairəsindən Araz Şahverdiyev seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, namizədin mübahisələndirdiyi məsələlər öz təsdiqini tapmayıb və müraciət təmin edilməyib. Təklif səsə qoyularaq qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2024, 12:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər