Şəhid ailələrini aldadan fırıldaqçını həbsxanadan çıxarmağa çalışırlar: - Məhkəməyə təzyiqlər artır
Aralarında şəhid ailələrinin üzvləri də olan çox sayda vətəndaşa maddi ziyan vurmuş Cavid Umudlunun himayədarları onu azadlığa çıxarmaq üçün xeyli aktivləşiblər.
regionxeberlericom.az Yenicag.az-a istinadən xəbər verir ki, çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməllərinə görə həbs edilən 28 mart 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Şahbuz rayonu, Nursu kəndində anadan olmuş Umudlu Cavid Məhəmmədəli oğlunun törətdiyi cinayətlərə görə cəzasız qala biləcəyi və ya barəsində simvolik cəza kəsilmək ehtimalı zərərçəkənləri dərindən narahat edir.
Qeyd edək ki, yüzlərlə vətəndaşı, o cümlədən, şəhid və qazi ailələrinin üzvlərini aldadaraq, onlara külli miqdarda ziyan vurmuş Cavid Umudlu edilmiş davamlı şikayətlərdən sonra 2017-ci ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Aparılan təhqiqatdan sonra işin göndərildiyi Bakı Ağır Cinayətlər Məhkəməsi Cavid Umudlunu 8 il müddətinə azadlqıdan məhrum edib.
Maraqlıdır ki, hələ o dövrdə zərərçəkənlər Umudlunun azadlığa çıxması üçün güvəndiyi vəzifəli şəxslərə böyük məbləğdə rüşvət boyun olduğunu əminliklə bildirərək, onun heç bir cəza almadan azadlığa çıxmaq niyyətindən narahatlıqlarını gizlətmirdilər.
Lakin Umudlunun hamiləri onu həbs cəzasından xilas edə bilməsələr də, cəzasının minimum müddətə endirilməsi istiqamətində xeyli fəallaşıblar.
Məlumata görə, oktyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə Umudlunun apellyasiya şikayətinə baxılacaq. Bu ərəfədə Umudlunun himayədarları məhkəmənin onu “təmizə çıxarması” üçün hərəkətə keçiblər və bununla bağlı adıçəkilən hakimə təzyiqləri artırıblar.
Bu təzyiqlərin, ümumiyyətlə, “Umudlunu azadlığa çıxarmaq” “əməliyyat”ının hansı nəticəni verəcəyi isə hakimin onun barəsində çıxaracağı qərardan sonra məlum olacaq.
Bu məsələni diqqqətlə saxlamaqla yanaşı, Cavid Umudlunun vətəndaşlara qarşı törətdiyi dələduzluq faktlarının araşdırılmasını davam etdiririk. Eyni zamanda, Umudlunun kimlər tərəfindən himayə olunduğunu və onu niyə belə ciddi-cəhdlə azadlığa çıxarmağa çalışdıqlarının səbəbini də açıqlayacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-09-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-09-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |