TV rəhbərləri efirə çıxır: kim bəyənilir?
Son dövrlər Azərbaycanda televiziya rəhbərlərinin müxtəlif layihələrin aparıcısı kimi efirə çıxmalarının şahidi oluruq. Əvvəllər bu hal yalnız AzTV-də müşahidə edilirdisə, indi Real TV və “Speys”in efirində də bənzər hal təkrarlanır. Bu televiziyaların efirlərində təqdim olunan layihələr həm də fərqli formatları ilə diqqəti cəlb edir.
Mövzu ilə bağlı Axar.az-a danışan media eksperti Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan televiziyalarındakı yeniliklərin nə dərəcədə keyfiyyətli olması bu verilişlərin davamlılığında özünü göstərəcək.
“Müxtəlif taktikaların sınaqdan keçirilməsi çox yaxşı haldır. Hansı yaxşı alınsa, özünə auditoriya toplasa, Azərbaycan tamaşaçısını qane etsə, yəqin ki, onun üzərində dayanacaqlar. Çox uzun müddət televiziyalarımız donuq vəziyyətdə idi. Əsas odur ki, dəyişiklik etmək tendensiyası başlayıb.
Televiziya məkanımızdakı dəyişikliklər nə dərəcədə keyfiyyətlidir, gələcəkdə hansı effekt verəcək, bu barədə danışmaq indi tezdir. İndi fikir bildirərək, onları çəkindirmək olmaz. Bunu zaman və auditoriyanın marağı göstərəcək.
Televiziya rəhbərlərinin müxtəlif layihələrlə çıxması özü yenilikdir. Biz bunu həm AzTV-də, İTV-də, Real TV-də, Speys TV-də görürük. Dəyişikliklər də daha çox bu konteksdə gedir və bunu alqışlamaq lazımdır. İmkanları, səriştələri varsa, rəhbərlər veriliş aparsınlar. Bu onu göstərir ki, hazırda televiziyaya rəhbərlik edənlər həm də bu sahəni bilən jurnalistlərdir”, - M.Ələsgərli deyib.
Ekspertin sözlərinə görə, televiziyalar zamanla efir məkanındakı boşluqları aradan qaldırmağa cəhd edirlər:
“Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan televiziyaları ilə bağlı müəyyən problemlər var. Efirlərimizdə daha çox şou xarakterli verilişlərin olması və onların keyfiyyətsizliyi, milli-ideoloji məsələlər və əhalinin siyasi aktiv təbəqəsinə ünvanlı verilişlərin olmaması və s. auditoriyanı Azərbaycan telekanallarından uzaqlaşdırıb. Bu problemlərin aradan qaldırılması üçün dəfələrlə tənqid və təkliflər edilib. Hazırda isə televiziyalar ictimaiyyətdən gələn sifarişləri nəzərə alır, efir siyasətlərində yenilik etmək istəyirlər. Məni sevindirən odur ki, ötən ildən başlayaraq ATV, “Xəzər” kanallarında analitik proqramlar açıldı, siyasi mövzuların müzakirə olunması auditoriyanı özünə cəmlədi. Eyni zamanda bu məsələlərdə yeni texnologiyalardan istifadə olunmasına başlanılıb.
İndi isə söhbət verilişlərin keyfiyyətinin artırılmasından gedir. Sevindirici haldır ki, indi iki televiziya daha öndədir və daha çox yenilik etməyə çalışır. Məsələn, AzTV və İTV-nin simasında biz bunu görürük. Bu televiziyalar həm dizaynlarında, həm mövzularında, həm də siyasi məzmunlu verilişlərin sayının, saatının artırılmasında fərqlənməyə çalışır.
Demək olmaz ki, bu, tamamlanmış prosesdir. Sadəcə olaraq proses davam edir.
Kimlərinsə aparcılıq etməsi və verilişlərin formatı ilə bağlı hələlik bir söz demək istəmirəm, amma hər halda auditoriya buna qiymət verəcək. Hələ televiziyalarda keyfiyyət dəyişikliyi olduğunu demək olmaz. Kanallarımız hələ bu prosesin başlanğıcındadır. Hara qədər apara biləcəklər, nə dərəcədə uğur əldə edəcəklər bunu zaman göstərəcək”.
Ələsgər Məmmədli də sosial şəbəkələrlə rəqabətdə qalib çıxmaq üçün televiziyaların inkişaf etməsinin vacib olduğunu deyib:
“Jurnalist televizyanın rəhbəridirsə, eyni zamanda aparıcılıq edirsə, bu, müəllif proqramlarının yaşadılması baxımından müsbət qiymətləndirilə bilər. Amma məncə, vacib olan hansısa verilişlə gündəmə gəlmək yox, televiziyanı plüralist mühitə çevirməkdir. Düşünürəm ki, buna ümid var. Əgər televiziyalar yeniliklərdən geri qalsalar, bir ildən sonra heç yenilik etməyə ehtiyac qalmayacaq. Çünki bu gün sosial şəbəkələr, eləcə də Yutub kanallarının izləyiciləri televiziyalardan daha çoxdur. Televiziya rəhbərləri öz şəxsiyyətlərini efirdə göstərməkdən çox, verilişlərin məzmun və keyfiyyətinə diqqət yetirsələr, daha yaxşı olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2019, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2019, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01