reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Səba" ASC 3 şirkətdə paylarını və torpaq sahələrini satır - TOPLANTI

reklam

"Səba" ASC 3 şirkətdə paylarını və torpaq sahələrini satır - TOPLANTI


















29 iyul 2024-cü il saat 15:00-a təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edillib.

“Star Park” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək

FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.

2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.

3. "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.

4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.

5. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood"  MMC-yə satılması haqqında.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Əlaqə telefonu: +99412 404-44-41.

Yığıncaq  Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında baş tutacaq.




Paylaş:


Müəllif : Tarix:
11-07-2024, 09:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər