Elmar Məmmədyarov Paşinyana utanmaz dedi
Sentyabrın 23-də Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzToday.az-a bildirilib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.
Azərbaycanın haqlı mövqeyi ilə həmrəylik nümayiş etdirdiklərinə və ona dəstək olduqlarına görə İƏT üzv dövlətlərinə minnətdarlığını bildirən nazir deyib: “Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini – Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə pisləyirik. Çıxışında N.Paşinyan günahsız insanların beynəlxalq səviyyədə sənədləşdirilmiş qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O, həmçinin ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini “müharibənin… nəticələrini qorumaq” kimi səciyyələndirərək utanmazcasına təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən “bir qarış torpağın” da Azərbaycana qaytarılmaması və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərini qeyri-qanuni istismar edən Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb. Onların son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması kimi məsuliyyətsiz yolu davam etdirir”.
ATƏT çərçivəsində aparılan vasitəçilik səylərinin bu günədək heç bir nəticə vermədiyini təəssüflə vurğulayan nazir bildirib ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan Azərbaycanın cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərinə, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumları davam etdirir. İşğalçı ölkə danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır. Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir. Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələ beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin qətiyyətindən asılıdır.
“Bu xüsusda, biz İƏT üzv dövlətlərinin Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün effektiv siyasi və iqtisadi tədbirlər görəcəyini gözləyirik. İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupuna üzv dövlətlər tərəfindən münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət verir və bütün üzv dövlətləri Qrupun işinə töhfə verməyə çağırırıq”, – deyə E.Məmmədyarov bildirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-09-2019, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-09-2019, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11