“Gənclər toy olmamış kəbin kəsdirib...” - İlahiyyatçıdan qalmaqallı açıqlama
Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır. Uşaq hüquqları ilə bağlı hazırlanan yeni qanunda bir sıra önəmli məqamlar öz əksini tapıb. Bura qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyi də qeyd olunur.
Lakin ilahiyyatçılar bu mövzuya aydınlıq gətirərək deyirlər ki, nikah yaşına çatmayanlara kəbin kəsmələrinin səbəbi var. Məsələn, bəzən nikah yaşına çatmasa da, bəzi ailələr qızı evinə gətirir, 18 yaşından sonra toy edəcəklərini deyirlər və cütlüklər bir müddət qeyri-rəsmi yaşayırlar. Mollalar da bu kimi hallarda günaha batmamaq üçün kəbin kəsdiklərini bildirirlər.
Bu cür situasiyalarda məsələ necə tənzimlənməlidir? Buna görə mollaları qınamaq olarmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli dini kəbinin vacibliyindən danışıb:
“Dövlətimizin gənc nəslə istiqamət verməsi, onlarla bağlı müəyyən pozitiv qərarlar qəbul etməsi təqdirəlayiqdir. Biz də bu cəmiyyətin bir parçası olaraq belə müsbət addımları dəstəkləyirik. Ölkəmizdə din adamı anlayışı qoymaq özü də bir növ cəmiyyəti parçalamaqdır. Biz hamımız azərbaycanlıyıq, müsəlmanıq. Ölkənin 95% əhalisi müsəlman kimliyini daşıyır. Ona görə də qurulan ailələrimizin təməl daşları da o mənəviyyətlə bağlı olmalıdır. İnsanlar da buna böyük həssasiyyət göstərirlər və kəbin məsələsində də kifayət qədər məsafə qət olunub.
İnsanlarımızın zehni sovet dövrünün 70 illik sxolastik düşüncəsindən yeni bir mərhələyə çıxıb. Onlar İslam aləmi ilə geniş rabitə yaradır.
Qeyd etmək istəyirəm ki, dinimizin əxlaqı ilə yanaşı, ehkamları da var. Qurani-Kərim bir tərəfdən bizə əxlaqı öyrətdiyi kimi, digər tərəfdən də hökmləri, ehkamları təlqin edir. Bu hökmlərin içərisində olanlardan biri də nikahdır. Nikah yaşı İslama görə və dünyaya görə fərqlənir. Ölkəmizdə hər hansı qanun qəbul ediləcəksə, ümid edirik ki, bu, xalqımızın lehinə olacaq”.
İlahiyyatçı qeyd edib ki, cütlüklər arasında toy vaxtı və digər hədəflər müəyyən edilməmiş onlara kəbin kəsdirmək əxlaqi cəhətdən doğru deyil:
“Kəbinin kəsilməsi iki fərdin arasındakı bütün haramları götürmək deməkdir. Əgər kəbin kəsilməyibsə, fərdin birinin digərindən istifadə etmə haqqı və səlahiyyəti yoxdur, belə iş görmüş olsalar, onlar haram iş görmüş sayılırlar. Onlar toy etsə belə, dinimizcə bu caiz evlilik sayılmaz.
Necə ki, Ramazanda axşam saatlarında iftar edilir, eynilə də nikah ailənin iftarıdır. Nikahın kəsilməsi ailə qurmaq istəyən, bir-birinə kənar olan iki fərdə ilahi izin verilməsi deməkdir. Çünki orada ayələr oxunur, hədislər dilə gətirilir, bir qrup insanın, valideynlərin iştirakı ilə iki insanın ailə qurmasına etimad göstərilir.
Bəzən kəbin kəsdirib 2-3 ildən sonra toy olacaq deyə düşünənlər olur. Onlara kəbin kəsdirib gəncləri əl-ələ buraxırlar. 2 aydan sonra o insanlar arasında problem çıxır, müəyyən bir yol qət etmiş olurlar, bir-birlərindən yararlanıb istifadə ediblər, amma hələ ortada toy yoxdur. Bu zaman bir çox əxlaqi məsələlər kölgə altına düşür.
İnsanlar toya 20-30 gün, 2 həftə qalmış gedib kəbin kəsdirməlidirlər. Artıq bütün hədəflər təyin olunur və belə bir dini nikah mərasimi qurulur. Bu şəkildə də xeyir-dua verilmiş olur. Bu məsələ bu cür həll olunmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2024, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |