“Başqanlığım dövründə Müsavat daha dinamik, daha fəal olacaq” – Tofiq Yaqublu
Oktyabrın 12-də Müsavat Partiyasının IX qurultayı keçiriləcək. Qurultayın vaxtı elan edildikdən sonra başqanlıq uğrunda mübarizəyə start verilib. Artıq Müsavatın tanınmış simaları Tofiq Yaqublu və Yadigar Sadıqlı başqanlıq iddiasında olduqlarını açıqlayıblar. Namizədliyini irəli sürməklə bəzi partiyadaşlarının hədəfinə gələn Toqif Yaqublu mövzu ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.
- Tofiq bəy, Müsavat Partiyasının başqanlığına namizədliyinizi irəli sürər-sürməz az qala AXCP-nin emissarı elan edilmisiniz. Bu iddialarda həqiqət payı varmı?
- Müşahidə edənlər rahatca görə bilərlər ki, siyasətdə olduğum müddətdə demokratiya uğrunda real gücə malik, səmimi, qorxmadan mübarizə aparan qüvvələrin birgə, çiyin-çiyinə, mümkünsə, bir blokda mübarizə aparmasının tərəfdarıyam. AXCP-nin bu mübarizədə öndə gedən partiyalrdan biri olması heç kəsə sirr deyil və bu, heç kimdə şübhə doğura bilməz. Cəbhəçilər də görürlər ki, mən belə düşünürəm. Ona görə də hesab edirlər ki, Müsavatın başqanı mən olaramsa , AXCP ilə daha yaxın münasibətlər yarana bilər. Bu ümumi mübarizənin effektliyi baxımından da sərfəlidir və onların da sevinməsi təbiidir. Amma başqanlığımı irəli sürənlərin tərkibinə baxsaq görərik ki, onların böyük əksəriyyəti cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardır. Burada jurnalistlər, bloggerlər, müsavatçılar və cəbhəçilər var. Cəbhəçilərin mənim başqanlığıma dəstək verməsi normaldır. Məsələn, biz Türkiyədə keçirilən seçkilərdə hansısa namizədin qalib gəlməsini çox arzulayırıq və düşünürük ki, bu, Azərbaycanda demokratiya uğrunda mübarizəyə təkan verə bilər. Bu baxımdan cəbhəçilərin də kimin başqan olub-olmaması ilə maraqlanması təbiidir. Tutaq ki, YAP-da da seçkilər keçirilsə və orada 4-5 namizəd olsa, əlbəttə biz də həmin prosesə qiymət verməkdə sərbəstik. Kimisə tənqid edə, kimisə dəstəkləyə bilərik.
Müsavat xalqın partiyasıdır, bu təşkilatda demokratik mühit var. Bu gün Müsavat qədər ortaya demokratik nümunələr qoymuş ikinci partiya yoxdur. Başqan yarışmasının diqqətdə olması da normaldır. Bundan əndişləınmək lazım deyil. Çünki sonda səsi qurultay nümayəndələri verəcək, başqanı müsavatçılar seçəcək.
- Ümumiyyətlə, namizədlik barədə qərarınıza kənar təsirlər olubmu, yoxsa bu yalnız sizin başqanlıq iddianızın təzahürüdür?
- Təbii ki, qərar özümündür. Özüm düşünüb-daşınmışam və qərar vermişəm. O başqa məsələdir ki, namizədliyimi irəli sürməyimi istəyənlər olub, xahiş ediblər. Xeyli sayda müsavatçılar, tanışlarım istəyiblər ki, namizəd olum. Lakin qərarı özüm vermişəm. Əminəm ki, doğru-dürüst mübarizə olacaq və müsavatçılar səs verəcəklərsə, o da başqan seçiləcək.
- Başqan seçilməyəcəyiniz təqdirdə Müsavatdan istefa verəcəyiniz barədə ehtimallar səsləndirilir. Bu baş verə bilərmi?
- Belə bir niyyətim yoxdur və məncə, başqalarına da belə düşünmək üçün əsas verməmişəm.
- Müsavat Partiyasının hazırki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Müsavat Azərbaycanın ən qədim partiyasıdır. Demokratiya uğrunda yorulmadan mübarizə aparan bir təşkilatdır. Hakimiyyətin əsas rəqiblərindən biridir. Lakin bir halda ki, mən başqanlığa namizədliyimi irəli sürmüşəm, deməli, partiyanın idarə olunması, siyasi səhnədəki rolu barədə fərqli düşüncələrə malikəm və onları həıyata keçirmək istəyirəm. Görək necə olacaq.
- Tofiq Yaqublunun başqanlıq dönəmində Müsavat indikindən hansı dərəcədə fərqlənəcək?
- Partiya daha dinamik, daha fəal və ölkədəki əsas demokratik qüvvələrlə münasibətləri daha səmimi, daha etibarlı və daha möhkəm olacaq. Ümumilikdə ölkədəki müxalifəıtin birgə mübarizə aparmasına yeni töhfə verəcək. Cəmiyyətin demokratik dəyərlər uğrunda daha effektli, daha güclü və daha mükəmməl mübarizə mərhələsi başlayacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-09-2019, 13:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-09-2019, 13:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11