Növbəti Elina faciələrinin yaşanmaması üçün nə etməliyik? - “Öhdəliklərini layiqincə yerinə yetirmirlər”
Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Keçən tədris ilində çox acı intihar hadisəsi baş vermişdi. Elina Hacıyevanın ölümü hamını dərindən sarsmışdı. Bu hadisə məktəblərdə psixoloji məsələlərin həlli zərurətini qarşımıza qoyur. Bəs bu il belə hadisələrin bir də yaşanmaması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyev açıqlama verib. O qeyd edib ki, təhsil ocaqları üçün yaxşı psixoloqlar yetişdirilməlidir.
“Ümumiliyyətlə, məktəblərdə psixoloqlara ehtiyac var və bunu dəyişən dünyanın tələbləri diqtə edir. Artıq biz informasiya cəmiyyətinin təşəkkül tapdığı bir dövrdə yaşayırıq. İndi istənilən uşağın əlində müxtəlif informasiya yükləməsinə səbəb olan vəsaitləri görürük və bu da birbaşa uşaq psixologiyasına təsir edir. 20-30 il bundan əvvəl vəziyyət başqa cür idi. İndi şəhər əhalisi xeyli artıb. Burada həmçinin ətraf aləmin də təsirini qeyd etməliyik. Buna görə də psixoloqlar istər təlim, istər tədris, istərsə də, məsləhət formasında fəaliyyət göstərməlidirlər. Bunun üçün də universitetlərdə yaxşı psixoloqların yetişdirilməsi vəzifəsi qarşıya qoyulmalıdır”.
E. Əliyev “hazırkı durumda yaxşı psixoloq yetişdirməyin çətin olduğunu da vurğulayıb:
“İndiki proqram vasitəsilə bunu etmək mümkün deyil. Düşünürəm ki, universitetlərdə tədris olunan psixologiya proqramlarında yenilənmə aparılmalıdır və bunun əsasında da yaxşı psixoloqlar hazırlayıb məktəblərə göndərmək lazımdır. Digər tərəfdən psixologiya elminə olan marağı gücləndirmək lazımdır. Məktəb psixoloqlarının əməkhaqqı məsələsinə yenidən baxılmalıdır ki, onlar öz öhdəliklərini layiqincə yerinə yetirsinlər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-09-2019, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-09-2019, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti