reklam
Regionxeberlericom.az » Araşdırma » Dövlətdən maliyyə yardımı alacaq saytların siyahısı hazırlanır?

reklam

Dövlətdən maliyyə yardımı alacaq saytların siyahısı hazırlanır?


Azərbaycanda yazılı mətbuat – qəzetlər 10 ildən çoxdur KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyə yardımı alır.
Son vaxtlar elektron KİV-lərin - xəbər saytlarının da dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı məsələ tez-tez gündəmə gətirilir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov da onlayn medianın maliyyələşmə məsələsinin vacibliyini qeyd edənlər sırasındadır. O, məsələnin aktuallığını nəzəara alaraq, bunu parlamentari payız sessiyasında yenidən qaldırmağa hazırlaşır.

regionxeberlericom.az xəbər verir ki, Modern.az saytına daxil olan məlumata görə, hazırda hökumətdə də məsələ ilə bağlı variantlar nəzərdən keçirilir. Hətta dövlət tərəfindən maliyyə yardımı alacaq saytların ilkin siyahısının tutulduğu barədə də iddialar da var. Bəs bu iddialar nə dərəcədə doğrudur, belə bir siyahı hazırlanırmı, əslində ora hansı saytlar salınmalıdır?

Mövzu barədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov danışıb.

“Bu barədə hələ ki heç bir yenilik yoxdur. Parlament iclaslarındakı çıxışlarım zamanı bir neçə dəfə bu məsələni qaldırmışam. Kütləvi informasiya vasitələrindən biri olan, ictimai fikirə təsir göstərən onlayn jurnalistika bu gün daha fəaldır, cəmiyyəti operativ məlumatlandırır. Amma təəssüf ki, indiki şəraitdə reklam bazarında müəyyən problemlərin olmasına görə onlayn jurnalistika iqtisadi baxımdan çətinliklərlə üzləşir və maddi baxımdan sıxıntılar çəkir”.

Ə.Amaşov bildirib ki, buna görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat vasitələrini maliyyələşdirir.

Deputat deyir ki, iqtisadi baxımdan ayrı-ayrı qurumlardan, şəxslərdən, beynəlxalq təşkilatlardan aslılığını dilə gətirirərək maddi baxımdan sıxıntı çəkən media vasitələri, yəni xəbər portalları dövlət tərəfindən maliyyələşsələr, baş verən hadisələrə daha real yanaşarlar.

“İndiki şəraitdə media orqanları maddi baxımdan özlərini təmin edə bilmirlər. Reklam bazarında hələ problemlər mövcuddur, ona görə də media vasitələri dövlət tərəfindən maliyyələşsə, yaxşıdır. Bu məsələ parlament iclaslarında da qaldırılıb, müzakirə olunub. Amma hələ ki bu gün üçün konkret bir söz söyləmək mümkün deyil. Parlamentin payız sessiyası başlayır, əgər o vaxta qədər də bir nəticə olmasa, bu məsələ yenidən müzakirə olunacaq”.


Paylaş:


Müəllif : Tarix:
10-09-2019, 10:20
Sikayət   


loading...
Загрузка...