Siyavuş Novruzovun XƏYANƏT siyahısında kimlər var?
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı bugünkü açıqlaması ölkə gündəminə sözün həqiqi mənasında “bomba” kimi düşüb. YAP-ın faktiki rəhbərlərindən biri olan Novruzovun ittihamlar və hədələrlə dolu açıqlamasında iki məqam xüsusilə önəmlidir.
Birincisi, o, sabiq nazirləri milyardları talamaqda ittiham edir. Yəni, uzun illərdir ölkə mətbuatında yazılanları, həmçinin müxalifətin dilə gətirdiklərini təsdiqləyir, hakim partiyanın üzvü olan bir qrup vəzifəli şəxsin ölkədə talanla məşğul olduğunu, dövləti CİNAYƏT törətdiklərini, eyni zamanda da cəzasız qaldıqlarını etiraf edir.
“Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər… Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya!”, – deyən Novruzovun, ardınca “onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var…” fikri bunun təsdiqidir.
İkincisi, deputat Novruzov sabiq nazirləri açıq şəkildə prezidentə XƏYANƏT etməkdə, xaricdə hakimiyyət əleyhinə olan qrupları maliyyələşdirməkdə, təxribat xarakterli məlumatlar yaymaqda ittiham edir. Hətta bu haqda konkret məlumatlara malik olduğunu bildirir.
“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz...”, – deyən Novruzov, bununla da kifayətlənməyib, onları ölkə rəhbərliyi ilə bağlı saxta məlumatlar yaymaqda ittiham edir. Fikrimizcə, Novruzovun açıqlamasında ən vacib məqam da budur.
O, əlində FAKTLARIN olduğunu israrla bildirərək qeyd edir ki, sabiq nazirlər təxribat törətməyə cəhd ediblər: “Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Mənim konkret məlumatlarım var. O gün PREZİDENTLƏ BAĞLI ƏSASSIZ İDDİA irəli sürdülər. Mən bu iddianın müəlliflərindən birinə dedim ki, əsassız məlumatdır, səhər cənab Prezidentin özü ilə danışmışam, belə iddialar səsləndirmək yaxşı deyil. Amma iddialarını davam etdirdilər, ancaq çox keçmədi ki, saxta məlumat yaydıqları məlum oldu. Yəni mən bilirəm nə deyirəm…”
Göründüyü kimi, Milli Məclisdə komitə sədri, hakim partiyanın rəhbərlərindən biri olan Siyavuş Novruzov sabiq nazirləri elə məsələlərdə ittiham edib ki, heç biri üzərindən sükutla keçiləsi deyil. Düzdür, Novruzov “Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!… Çıx ortaya! Çıxmasan, biz çıxaracağıq. Onda vəziyyətin çox ağır olacaq...”, – deyə, onlara sanki, məsuliyyətə cəlb olunmamaları üçün ŞƏRT irəli sürür.
Ancaq Azərbaycan hüquqi dövlət olduğundan kiminsə hansısa şərtə əməl etməsi onun cinayətlərini ört-basdır etmək üçün əsas ola bilməz. Digər tərəfdən Novruzov sıradan bir vətəndaş deyil, millət vəkili olduğundan onun bu açıqlaması hüquq-mühafizə orqanlarına hərəkətə keçmək üçün əsas verməlidir. Məsələ ondadır ki, ittihamlar çox ciddir: həm dövlətin TALAN edilməsi, həm də ölkə rəhbərliyinə XƏYANƏT!
Təsadüfi deyil ki, jurnalist, “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev də Novruzovun ittihamlarının çox ciddi nəticələr doğurmalı olduğunu bildirib. Jurnalist “Facebook”da yazır: “Yeni Azərbaycan Partiyasının faktiki rəhbəri Siyavuş Novruzov olduqca ciddi bəyanatla çıxış edərək, bir sıra keçmiş nazirlərin milyardlar taladığını bildirib. Müəllim deyir ki, keçmiş məmurlar hakimiyyəti qorumasa, taladıqları milyardları əllərindən alacaqlar. Özü də adlar artıq Siyavuş Novruzovun masasının üstündədir… Bunu bildik, halbuki, bəyanat hansısa jurnalistin və ya QHT fəalının deyil, hakim partiya rəsmisinin dilindən səslənib.
Zənn edək ki, bu cür bəyanatı Avropada və ya İsraildə, lap elə Türkiyədə bir millət vəkili səsləndirir. Ertəsi gün Baş Prokurorluq xüsusi brıqada təşkil edəcəkdi, Siyavuş qarışıq dövlətin malını talayan bütün keçmiş məmurları sorğu-suala çəkəcəkdi... Amma Azərbaycanda… Sanki danışan siyasətçi deyil, “vor zakon”dur, “ponyatkadan” danışır… A kişi türmədə deyilsən eee, parlamentdəsən!!!”
Bir başqa jurnalist – “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü isə Siyavuş Novruzovun sensasiyalı açıqlamasını belə şərh edib: “YAP İcra Katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun uzun illər hökumətdə yüksək vəzifə tutmuş şəxsləri mövqesizlikdə və dolayısı ilə xəyanətdə suçlaması, əslində, bizim xeyli vaxtdır yazdıqlarımızın acı etirafı sayılmaqla bərabər, həm də hakimiyyətə qətiyyətli addımlar atmaq üçün yaxşı bir fürsət verir…
Bəli, nəhayət, hakimiyyət anlamağa başlayıb ki, özünün yaratdığı amansız bir yırtıcı – cinayətkar oliqarxiya ilə baş-başa, üz-üzədir: ona ən böyük təhlükə müxalifətdən yox, məhz əvvəlki imtiyazlarını, gəlirlərini itirmiş və ya itirmək qorxusu yaşayan oliqarxiyadan gəlir, onu zərərsizləşdirmədən heç bir islahat effektli ola bilməz!
Axı reforma aparan ölkələrin tarixinin öyrənilməsi sübut edir ki, öz içindən islahatlarla yenilənmə istəyən dövlət başçılarına da həmişə təhlükəni daha çox onlar yaradır – oliqarxiya müqavimətə əl atır, görülən işləri sabotaj edir, gizlicə, əlaltdan islahat aparmaq istəyən liderin rəqiblərinə maddi yardım edir, informasiya dəstəyi verir və s.
Siyavuş Novruzovun dediklərini diqqətlə oxusanız, aydın olar ki, bizdə də eynən belə olub: tutduğu vəzifəsi hesabına bu ölkənin milyardlarını talayıb Avropada biznes quranlar nəinki hakimiyyətlərinin müdafiəsi üçün heç bir iş görməyiblər, həm də elə son həftələrdə Prezidentin səhhəti ilə bağlı şayiələrin güclənməsində və bir növ, müxalifətə “pas verməklə” onun hərəkətə gətirilməsində də əsas “mənbələr” olublar…”
Onu da qeyd edək ki, Novruzovun ittiham və hədələrinin məzmunu qədər, niyə indi bunu səsləndirməsi də maraq doğurur. Xüsusən də, onları ölkə rəhbərliyinə xəyanət etməsinə dair fikirləri…
Məsələ ondadır ki, sabiq nazirlərin dövlətin milyardlarla vəsaitini talan etməsinə dair fikirlər uzun illərdir səslənir. Novruzov bu müddət ya susub, ya da bu ittihamları yalan adlandırıb. İndi onun sabiq nazirlərin, yəni öz komanda yoldaşlarının milyardları talamasını etiraf etməsi bir neçə səbəblə bağl ola bilər.
Əvvəla, bir etimal odur ki, sabiq nazirlərin içindən həqiqətən hakimiyyətə xəyanət edənlər var və yaxın vaxtlarda onların həbsi planlaşdırılır. S.Novruzov da bunun bir növ anonsunu verir.
İkinci güclü ehtimal odur ki, sabiq nazirlərdən bəzilərinin reabilitasiya olunması, hətta hakimiyyətdə yenidən vəzifəyə qayıdacağı gözlənilir. S. Novruzovun yaxın olduğu hakimiyyətdaxili qrup isə buna yol vermək istəmədiyindən, onların hamısını cinayət və xəyanət ittihamı altında buraxır.
İstəilən halda ittihamlar artıq səslənib, hüquq-mühafizə orqanlarına “pas” atılıb. İndi ya, Siyavuş Novruzovun “masasının üstündəki faktlar” əsasında cinayət işi qaldırılmalı, bu faktların doğru olub-olmaması yoxlanılmalıdır, ya da cənab deputat dediklərini təkzib etməlidir!
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-09-2019, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-09-2019, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01