reklam
Regionxeberlericom.az » Araşdırma » “Başqa yerə yozmaq lazım deyil” – Deputat əqidə məsələsindən danışdı

reklam

“Başqa yerə yozmaq lazım deyil” – Deputat əqidə məsələsindən danışdı


“Mən dövlət tərəfindən jurnalistlərə ev verilməsinə müsbət addım kimi yanaşıram. Çünki ev həyatdır”.
Bu sözləri millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədov “Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli, o jurnalist deyil” fikrinə də aydınlıq gətirib.

“Yazırlar ki, ev alan jurnalistlər əqidəsini dəyişib. Mən də demişəm ki, jurnalist bir evə görə əqidəsini dəyişirsə, o jurnalist deyil. Bu fikirdə ev alan jurnalistlərin əqidəsini dəyişdiyi nəzərdə tutulmayıb. Əksinə, mən onlara ev verilməsini təqdir edirəm. “Kupça” məsələsində də onları müdafiə etmişəm. İndi mənim fikrimi başqa yerə yozmaq lazım deyil”,- deyə deputat bildirib.

Vahid Əhmədov həmçinin mediada ciddi islahatlara ehtiyac olduğunu deyib. “Mediada islahatlar aparılmalıdır. Söyüş ritorikası mətbuatdan yığışdırılmalıdır. Olmaz axı belə. Bir də görürsən prezidentin ünvanına nalayiq ifadə işlədirlər. Axı prezident də bayraq, gerb kimi dövlətin atributudur”,- deyə millət vəkili vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
6-09-2019, 14:25
Sikayət   


loading...
Загрузка...