Avtomobillərin texniki baxışı yol polisindən alınsa, nə baş verəcək?
Xəbər verdiyimiz kimi, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur. Bəs bu Azərbaycanda mümkün ola bilərmi?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama verib. Onun sözlərinə görə, hələ ki, ölkəmizdə bu layihəni reallaşdıracaq özəl servis yoxdur.
“Əslində, bu, yol hərəkət təhlükəsizliyinə dair dövlət proqramında nəzərdə tutulmuş müddəadır. Yəni rəsmi qanunvericilikdə ötən ilin dekabrında Azərbaycan respublikasının prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bu artıq rəsmi müddəadır, söz-söhbət deyil.
Dünyada bununla bağlı çox gözəl təcrübələr var. Dünyada avtomobilləşmiş ölkələrin demək olar ki, hamısında belədir. Çünki avtomobillərin texniki baxışlarının keçirilməsi ölkə üçün əlavə bir yükdür.
Azərbaycanda 1 milyon 400 min nəqliyyat vasitəsi var. Bunların hamısına dövlətin texniki baxış keçirməsi üçün böyük məbləğdə avadanlıqların yığılması və həmin xidmətin dövlət tərəfindən göstərilməsində çətinliklər var. Ona görə də dünyanın avtomobilləşmiş ölkələrində bunu avtomobil servislərinə veriblər.
Sadəcə olaraq bir sıra ciddi qayda və şərtləri var. Belə deyək, hər yoldan keçənə bunu həvalə etmirlər. Müasir avadanlıqları olan, texnologiyası olan, şəraiti olan, mütəxəssisləri olan servis tələb edirlər və həmin servisində bəribaşdan akkredasiyası var ki, o bu xidməti göstərə bilər. Yəni real texniki baxış keçirə biləcək.
Azərbaycandan da belə sevislər hələ ki, yoxdur. Texnologiyası, avadanlığı, mütəxəssisi olan servis yoxdur. Amma yaradıla bilər. Əvvəlcə bu məsələnin hüququ tərəfləri müəyyən olunmalıdır. Daha sonra hansı mütəxəssislərin, hansı avadanlıqların olması müəyyən olunmalıdır, prosedur necə olmalıdır və s.
Dünyanın hər yerində ən əsas məsələ şəffalığa yönəlib. Qonşu Rusiyada, qonşu Gürcüstanda artıq bunu tətbiq etməyə başlayıblar. Şəffalıq o dərəcədədir ki, avtomobilin o servisə daxil olması, onun üzərindəki hər şey qeydiyyata alınır. Lakin hələ ki, özəl servislərimiz buna hazır deyil”.
Qeyd edək ki, sözügedən dövlət proqramında 7.3.9. maddəsində nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün 2021-cci ilə kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi qarşısına öhdəlik qoyulub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-09-2019, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-09-2019, 14:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti