reklam
Regionxeberlericom.az » Araşdırma » Əvəz Zeynallı Rasim Məmmədovla üzləşdirildi - Bir-birlərinə “şərəfsiz” dedilər

reklam

Əvəz Zeynallı Rasim Məmmədovla üzləşdirildi - Bir-birlərinə “şərəfsiz” dedilər
















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının cinayət işi üzrə proses davam etdirilib. 

RegionXəbərləricom.az xəbər verir ki, news24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov şahid qismində ifadə verib. 

Rasim Məmmədov bildirib ki, Elnur Şükürovu tanımır: “Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Gah deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan, nə zavodan söhbət gedir? Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam. 

Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Təndiq başqadı, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”. 

Daha sonra Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.

Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.

Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədi gördüyünü, onu məhkəməyə heç vaxt vermədiyini deyib. Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb. 

O, əlavə olaraq deyib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb. 

Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib:

“Hörmətli hakim, mən bu tərbiyəsiz şəxsin suallarını cavablandırmaq istəmirəm”.

Əvəz Zeynallı:

“Tərbiyəsiz sənsən, şərəfsiz”.

Bu ifadədən sonra şahidlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Hakim Əvəz Zeynallını zaldan çıxarıb. Bununla da məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. 





Paylaş:


Müəllif : Tarix:
3-11-2023, 17:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər