reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda sabiq federasiya prezidentinə hökm oxunub

reklam

Azərbaycanda sabiq federasiya prezidentinə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət itttihamçısı çıxış edərək B.İsrafilova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəllləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub.


Paylaş:


Müəllif : Tarix:
23-08-2019, 14:16
Sikayət   


loading...
Загрузка...