Vəkil zərərçəkmişi TƏHDİD EDİR? - İLGİNC İDDİA
Bir həftə öncə redaksiyamıza təşrif buyuran Namazova Şahnaz Elxan qızı başına gələn dəhşətli olay barəsində saytımız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Xatırlatma üçün qeyd edək ki, Şahnaz xanımın dediyinə görə, özünü tanınmış həkim Rüfət Yaqubovun (səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə, “Tərəqqi”, “Şöhrət” ordenləri ilə təltif edilmiş, “Əməkdar həkim”) oğlu kimi təqdim edən Cəmil Rüfət oğlu Yaqubovla 2019-cu ildən tanışdır: “Deyilənə görə o, SOCAR-da çalışır. Onunla sadəcə aramızda salam-sağol səviyyəsində münasibət olub. O mənimlə daha sıx münasibətdə olmaq istəsə də mən sadəcə insani münasibət saxlamışam. Və aramızda hansısa problem olmayıb”.
Şikayətçi Şahnaz xanımın dediyinə görə, 2023-cü il 21 may tarixdə Nizami rayonu ərazisindəki NEON şadlıq evinin qarşısında ( Rüstəmov küçəsində ) HERMES Lizinq Mərkəzindən götürdüyü, dəyəri 82 min 200 AZN olan 77 AN 067 nömrəli Hunday Sonata markalı avtomobilini şadlıq evinin qarşısında saxlayıbmış: “Mən bir müddət sonra geri qayıdanda avtomobilimin üzərinə kislota maddəsinin töküldüyünü gördüm və 102 xidmətinə zəng edərək məlumat verdim. Məni Nizami RPİ-nin 24-cü Polis Bölməsinə dəvət etdilər və baş verənlərlə bağlı izahat yazdım. 3 gün sonra Yaqubov Cəmil və onun vəkili Kamran Tağıyevlə 24-cü PB-də qarşılaşdıq. Vəkil Kamran Tağıyev kənarda və içəridə izahat verən zaman, mənə təzyiq etməyə başladı və mənə dedi ki, şikayətini geri götürməsən başın ağrıyacaq. O mənə çox kobud formada, “Aazzz, al 200 manatını, başın ağrımamış çıx get dəə” deyərək təhdid elədi. Vəkil Kamran Tağıyev hətta mənə dedi ki, bilirsənmi bunların ailəsi Prezidentə yaxındır”.
Şikayətçi Şahnaz Namazovanın dediyinə görə, Polis Bölməsində Cəmil bildirib ki, mən Şahnazı uzun müddət izləmişəm, avtomobilə kislota tökəndə elə bilirdim ki, orada 1 kamera var və onu zərərsizləşdirmişdim, sonradan bildim ki, əlavə 2 kamera da olub. Mən kislotanı 100 manata almışdım, məqsədim avtomobili, Şahnazı, onun uşaqlarını, sürücüsünü məhv etmək idi. Və izahat verən Cəmil təhqiqatçının yanında açıq şəkildə deyib ki, pulumuz çoxdur, məqsədim adamları aşağılamaq, alçaltmaqdır. Ən dəhşətlisi odur ki, işi aparan təhqiqatçı Nəriman Əzizov da zərərçəkən Şahnaz xanıma deyib ki, burada nə var ki, cinayət işi açaq. Təhqiqatçı hətta Şahnaz xanıma bildirib ki, sən məni şantaj edirsən ki, qarşı tərəfdən pul alıb sənə verim. Şahnaz xanım isə ona cavab verib ki, qarşı tərəf ona pul təklif edəndə avtomobilinə oturaraq qapını bağlayıb və deyib ki, qoy məsələni dövlət orqanları həll etsin, mənə pul lazım deyil. Zərərçəkən Şahnaz xanımın anası Gülnaz xanım deyir ki, vəkil Kamran Tağıyev mənə deyirdi ki, Cəmil uşaqdır, bilməyib eləyib. Zərəçəkənin anası Gülnaz xanım hətta onuda deyir ki, mən də soruşdum ki, 31 yaşında uşaq olur, ay vəkil..?
Bir sözlə, Nizami RPİ-nin əməkdaşları operativ olaraq məsələni araşdırıb, kamera görüntülərinə əsasən Cəmil Yaqubovun avtomobilinin nömrəsini müəyyən edərək, məsələni operativ olaraq çözə biliblər. İndi məsələ qanuni yolla həll edilməli və cinayəti törətmiş şəxs cəzasını almalıdır. Videogörüntülərdə qarşı tərəfin şəxsi mülkiyyəti məhv etməsi və ölümə cəhd elədiyi açıq hiss olunur.
Ümid edirik ki, Nizami Rayonu 24-cü Polis bölməsi yaxın zamanda təhqiqatı yekunlaşdırıb materalları istintaqa göndərəcək. Bizimlə söhbət əsnasında zərərçəkən Şahnaz Namazova dedi ki, 1988-ci ildə Qərbi Azərbaycanda, Göyçədə ermənilər bizim mal-mülkümüzü, doğmalarımızı məhv elədilər, indi isə Cəmil kimilər Bakıda məni və uşaqlarımı məhv etmək istəyir. Görünür Cəmil kimilərini pul harınladıb. Bu məqamda möhtərəm Prezidentimizin harınlamış məmur balaları ilə bağlı dedikləri yada düşür: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?
Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Ümid edək ki, hüquq-mühafizə orqanları möhtərəm Prezidentimizin sözlərinə əməl edəcəklər. Namazova Şahnaz Elxan qızı redaksiyamızın vasitəsi ilə Ölkə Başçımız cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova müraciət edərək bildirdi ki, qoy mən müraciət etdiyim dövlət qurumları mənə köməklik göstərsinlər. Bildirirəm ki, mənə qarşı edilmiş cinayət hadisəsi ilə bağlı dövlətimə və dövlətimin qanunlarına sığınmışam. Şahnaz Namazova onu da bildirdi ki, bir neçə gün öncə tanınmış həkim Rüfət Yaqubovun oğlu Cəmil Yaqubovun vəkili Kamran Tağıyev mənə telefon vasitəsi ilə hədə-qorxu gələrək şikayətimin Nizami rayon 24-cü Polis bölməsindən geri götürülməsini təkidlə tələb edirdi. O, whatsapp yazışmalarında mənə hədə-qorxu dolu mesajlar göndərirdi. Mən ona nə qədər xahiş etsəm də o, bu hədə-qorxu mesajlarından geri çəkilmirdi. Şahnaz Namazova xahiş edir ki, 20 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Kamran Tağıyevin mənə göndərdiyi təhtid dolu mesajlarını saytınız vasitəsi ilə ictimailəşdirəsiniz.
Bir həftə əvvəl Şahnaz xanım başına gələnləri danışanda və ali dövlət qurumlarına müraciət edəndə biz ümid edirdi ki, hüquq-mühafizə orqanları buna ciddi reaksiya verəcək və cinayət işi obyektiv araşdırılacaqdır. Çox təəssüf ki, bu gün zərərçəkən Şahnaz xanımın dediklərindən bəlli oldu ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində Cəmilin cinayət əməllərini ört-basdır etməyə çalışırlar. Digər tərəfdən Cəmilin vəkili Kamran Tağıyev nəinki hüquqi normaları, hətta etik qaydaları pozaraq Şahnaz xanımı təhdid edir, ona hədə-qorxu gəlir. Bütün bunlardan sonra Şahnaz xanım yenidən Daxili İşlır Nazirliyinə müraciət edərək işin obyektiv aparılmasını xahiş edir. O, eyni zamanda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Məhkəmə‑Hüquq Şurasının üzvü Anar Bağırova müraciət edərək 20 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Kamran Tağıyevin əməllərinə hüquqi qiymət verilməsini xahiş edir. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2023, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər