Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsində məhkəmə özbaşınalığı
Konstitusiyanın 60-cı maddəsi hər kəsin inzibati və məhkəmə təminatı hüququnu təsbit edir. Di gəl, bu hüququn gerçəkləşməsinə elə məhkəmələrin özləri qadağa qoyub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, vətəndaşın öz hüquqlarını iddia icraatı, əmr icraatı və xüsusi icraat qaydasında müdafiə edə bilər. Əmr icraatı qaydasında ərizələr üzrə məhkəmə əmrləri , başlıca olaraq, kreditorun tələbi notarial qaydada təsdiq edilmiş əqdə əsasən aşkar olduqda tərəflərin iştirakı olmadan verilirdi. MPM-ə edilən son dəyişikliklər bu maddənin (276.2.1) üstündən xətt çəkdiyindən əmr icraatı , demək olar ki, “icraatsız qalıb”. Başqa sözlə, mübahisənin sadələşdirilmiş həllinə verilən ərizələrin qəbul olunmasından imtina edilir. Onu da vurğulayaq ki, MPM-in 276.2.1 maddəsi ləğv olunsa da, 276.2.2 maddəsinə (“tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırlarsa ) əsasən notarial qaydada təsdiq edilmiş əqd də bu kateqoriyaya aid olduğundan, məhkəmə əmri verilə bilər.
Xüsusi icraat qaydasında məhkəmələr , hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərdən tutmuş , internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlərə kimi 16 çeşiddə işə baxır. MPM-in 306.2 maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Lakin çox hallarda qanunvericiliyin tələblərinə əməl olunmur və məhkəmələr özləri özbaşına, çəkişmə prinsipini pozaraq, MPM-in 306. 4 maddəsinə əsas olmadan “əsaslanıb” , yəni, “məhkəməyə aid hüquq haqqında mübahisə aşkar edib”, ərizəni baxılmamış saxlayırlar. Sözügedən hüquq haqqında mübahisənin nədən ibarət olduğu isə, ümumiyyətlə, ya göstərilmir , ya da tərəfin məhkəməyə təqdim etdiyi etirazı göstərilir. Bu isə məhkəmə özbaşınalığından özgə bir şey deyil. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəmələrin ərizələri maraqlı şəxsin etirazı əsasında baxılmamış saxlaması geniş yayılıb. Son çağlar, özəlliklə, Qarabağ savaşı iştirakçılarının döyüşlərdə iştirak etmək və ya yararlanmaq faktlarının müəyyən edilməsi haqqında ərizələrinə baxarkən maraqlı şəxsin əsassız etirazını “əsas götürməsi” haqlı narazılıq doğurur. Təsəvvür edin, maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon idarəsi özünün verdiyi möhürlü, ştamplı arayış ilə təsdiq etdiyi hüquqi əhəmiyyətli faktın təsdiqini tapmadığı haqqında məhkəməyə möhürsüz, ştampsız etiraz təqdim edib məhkəmədən MPM-in 259.0.10 maddəsini tətbiq etməsini xahiş edib (?). Ağsu rayon məhkəməsinin hakimi Etibar Hümbətov da etirazı hüquq haqqında mübahisə kimi qəbul edərək ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edib! (?). Məhkəmənin qərəzsizlik, vicdanlılıq, çəkişmə prinsipini pozması göz önündədir. Birincisi, etiraz hüquq haqqında mübahisə sayılmır, etiraz olmasaydı, məhkəməyə nə ehtiyac olardı ki? İkincisi, maraqlı şəxs özünün verdiyi möhürlü, ştamplı arayışı möhürsüz, ştampsız etiraz ilə necə mübahisələndirə bilər? Üçüncüsü və ən başlıcası, hüquq haqqında mübahisə olmasına məhkəmə aşkar edib qərar verir, maraqlı şəxsin məhkəməyə gəlmədən möhürsüz, ştampsız məktubla məhkəməyə 259.0.10 maddəsini tətbiq etməsini sifariş etməsi qeyri-prosessual münasibətdən soraq vermirmi? Bu da son deyil. Ağsu rayon məhkəməsi ərizənin baxılmamış saxlanılması haqqında qərardadını apellyasiya instansiyasına 7 günə göndərməli olduğu halda, 2 ay 7 gündən sonra göndərib . Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidov da maraqlı şəxsi çağırmadan , iclasa bildirişi onun vaxtından ən azı 10 gün qalmış verməli olduğu halda, 5 gün qalmış (bu 5 günün 2 günü də istirahət günlərinə düşüb) rəsmi qaydada təqdim etmədən verib və aşağı instansiyanın qərardadının qanuni olduğunu qərara alıb. Qərardad MPM-in 266.1 maddəsinə əsasən tərəflərə 5 gün müddətində rəsmi qaydada təqdim edilməli olduğu halda, 15 gün keçsə də, hələ də təqdim olunmayıb. Yəqin ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidov bunu qərardaddan şikayət verilə bilməzliyi haqqında qanunsuz qərarı ilə əsaslandırır. Birincisi, istənilən halda məhkəmə qərarları tərəflərə təqdim edilməlidir və ikincisi, qərardaddan şikayət verilə bilməzliyini də MPM-in 415.1.7 maddəsi yalanlayır. Həmin maddədə kassasiya qaydasında şikayətə baxan məhkəmənin
MPM-in 259.0.10maddəsinə müvafiq olaraq apellyasiya instansiyasının qərarını qismən və ya tamamilə ləğv edə bilməsi təsbit olunub . Yəni MPM-in 259.0.10 maddəsi əsasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizənin baxılmamış saxlanılması haqqında apellyasiya instansiyasının qərarından şikayət verilə bilməzsə, kassasiya instansiyası hansı əsasla və hansı şikayət əsasında sözügedən maddənin tətbiqinin düzgünlüyünü yoxlaya bilər?
Bir sözlə, xüsusi icraat işlərə özəlliklə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxılmasında özbaşınalıq hökm sürür. Özü də bu özbaşınalığın başında dayanan elə məhkəmələrin özləridir.
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-08-2019, 17:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-08-2019, 17:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti