reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycana keçən erməni hərbçilər - Əsir və girovlar yenidən gündəmdə

reklam

Azərbaycana keçən erməni hərbçilər - Əsir və girovlar yenidən gündəmdə

Xəbər verildiyi kimi, avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan Azərbaycan tərəfinə təslim olub.

Azərbaycan Müdafiə Nazirliyini bəyan edib ki, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, Kaçaryanın fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Modern.az xəbər verir ki, bu hadisə Ermənistan cəmiyyətində, xüsusən də erməni sosial şəbəkələrində böyük əks-səda doğurub. Məlum olub ki, Araik Kazaryan 2000-ci ildə Ermənistan Respublikasının Vayodzor vilayətinin Exegis kəndində anadan olub və 7 aydır ki, Qarabağda hərbi xidmət keçirmiş.

Hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, Araik Kazaryanın Azərbaycan tərəfindən saxlanılması əsir və girovlar məsələsini yenidən gündəmə gətirmiş olur və rəsmi Bakının bu danışıqlar prosesində dominantlığını təmin edəcək.

Belə ki, hazırda Azərbaycan tərəfində 3 erməni hərbçi - Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan var. Ermənistan tərəfində isə 2 mülki girov - Dilqəm Əsgərov və Şahbaz Quliyev saxlanılmaqdadır.

“Əsir və girovların dəyişdirilməsi məsələsinin bundan sonra da ləngidilməsi Nikol Paşinyan hakimiyyətinin ziyanına işləyəcək...”,-deyə hüquq müdafiəçisi qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
13-08-2019, 09:50
Sikayət   


loading...
Загрузка...