Ramil Səfərov işi ilə bağlı detallar açıqlanır...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstanda həbs olunması və onun müdafiə işinin təşkili ilə bağlı maraqlı detalları açıqlayıb.
Vəkil Ramil Səfərovun müdafiə işinə qoşulmasının sırf təsadüf nəticəsində baş verdiyini bildirib.. O, bildirir ki, 2004-cü ili yanvar ayında ona Budapeştdə vəkillər, prokurorlar və hakimlər üçün təşkil edilmiş beynəlxalq təlimdə iştirak etmək təklifi gəlib və razılıq verib:
“Məlum oldu ki, Azərbaycandan 3 nəfər vəkil, 4 prokuror və bir hakim gedəcək. Sonuncularla əvvəldən tanışlığım yox idi. Bundan sonra bəzi personajların adını bilərəkdən, bəzilərininkini unutduğum üçün yazmayacam, qüsura baxmayın.
Vəkilləri isə yaxşı tanıyırdım, biri Elton Quliyev, o biri Vaqif Səmədov idi. Hər ikisi indi həyatda yoxdu, ikisinin də şəxsiyyətinə böyük hörmətim var və xoş duyğularla anıram. Allah ikisinə də qəni-qəni rəhmət etsin.
İş belə gətirdi ki, son anda Elton müəllimin gedə bilməyəcəyi məlum oldu. Elton fevralın 29-da anadan olmuşdu və ad gününü 4 ildə bir dəfə qeyd edirdi, mənə yarı ciddi- yarı zarafat dedi ki, ad gününü təyyarədə qeyd etmək istəmir.
Biz Macarıstana fevralın 29-da uçmalı idik, martın 7-də geri qayıdacaqdıq. Təlimi Amerika HüquqşünaslarAassosiasiyası(ABA CEELİ) təşkil etmişdi. Fevralın 10-da biz vizalarımızı aldıq. Fevralın üçüncü ongünlüyündə indi dəqiq tarix yadımda deyil Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Budapeştdə erməni zabiti öldürməsi xəbəri yayıldı.
Hadisə fevralın 19-da baş vermişdi. Müxtəlif şaiyələr, söz-söhbətlər ildırım surəti ilə yayılırdı. Fevralın 26-da məni SPACE telekanalına canlı yayıma dəvət etdilər. İndi etməsinlər, o vaxt buna alışıq idim. Yayım Xocalı soyqırımına həsr olunmuşdu və bu konteksdə Ramil Səfəroy olayından da söz düşdü.
Mən fevralın 29-da Budapeştə gedəcəyimi və imkan daxilində Səfərovun işi ilə maraqlanacağımı dedim. Səhəri gün Səfərovun atası zəng edib mənimlə görüşdü. Təklif etdim notariusa gedək mənim adıma etibarnamə versin ki, Budapeştdə lazım ola bilər. Onların ailəsi adından çıxış edə bilim.
Biz bir saylı notariat kontoruna gəldik. Oranın müdiri Famil müəllim bizim hansı məqsədlə gəldiyimizi bilən kimi dərhal etibarnamə hazırladı, ingilis dilinə tərcümə etdirdi və xaricdə istifadə edilə bilməsi ütün prosedurları özü həll etdi, xərcini də özü ödədi. Həmin gün tanımadığım bir nəfər zəng edib dedi ki, mənə Budapeştdə kömək edə biləcək şəxslə məni görüşdürmək istəyir. Biz həmin adamla görüşdük. Adam milliyyətcə yəhudi olan Azərbaycan vətəndaşı idi.
Məlum oldu ki, Budapeştdə onun milliyyətcə yəhudi olan dostu yaşayır, onunla danışıb və mənə yardımçı olmasını xahiş edib. Dostunun telefonunu verdi və mənim zəngimi gözləyəcəyini dedi.
29 Fevralda bazar günü Budapeştdə olduq. Martın 1-də təlim başladı. Təlim Budapeştdə keçmiş Polis Akademiyasının binasında keçirilirdi. Elə orda Akademiyanın binasında qalır, yeməkxanasında yeyirdik. Həmin gün Budapeştdə mənə verilən nömrə ilə əlaqə saxladım, mənə kömək edəcək şəxslə üçüncü gün görüşəcəyimizi planlaşdırdıq.
Biz üçüncü gün Akademiyanın qarşısında görüşdük. Mənim gəlişimin məqsədindən və Ramilin işindən xəbərdar idi, dediyinə görə macar qəzetlərində hadisə geniş işıqlandırımışdı, özü də mənfi çalarlarla.
Mən Səfərov üçün vəkil tutmaq istədiyimi dedim. O tanış vəkili olduğunu bildirdi və onunla danışmağı məsləhət gördü. Vəkilin milliyyətini yəqin ki, yazmağa ehtiyac yoxdu. Biz birlikdə vəkilin ofisinə getdik. Onunla işin detallarını və qonorarın məbləğini danışdıq.
Bundan sonra vəkil dedi ki, elə indi polis idarəsinə gedib Ramiı Səfərovla görüşə bilərik. Açığı bunu gözləmirdim, Azərbaycanda nəinki müqavilə bağlayan şəxsi, heç vəkilin özünü müvəkkilin yanına bu tezliklə buraxmırlar.
Vəkilin soyadı Zalay, adı Peter idi. Zalay dedi ki, biz Ramillə görüşəndə, sonuncu onun prosesdə iştirakına yazılı razılıq verməlidi. Vəkilin ailəsi tərəfindən dəvət edildiyini, həm müstəntiq, həm də Səfərovun bilməsi üçün orda mənim iştirakım da vacibdi. Zalay mənim yanımda Polis İdarəsinə zəng etdi, müstəntiqin kimliyini öyrəndi, onunla telefonda danışdı, gələcəyimizi dedi.
Biz birlikdə polis idarəsinə gəldik, müstəntiq Səfərovun hələ ki polis idarəsində yerləşən müvəqqəti saxlama yerində qalmasını demişdi. Biz vəkillə birlikdə müstəntiqin kabinetinə qalxdıq. Kabinetə girəndə növbəti dəfə təəccübümü gizlədə bilmədim. Divarlarda adət etdiyimiz şəkilləri görmədim, təbiət və qadın şəkilləri vardı, ümumiyyətlə öyrəndiyimiz rəsmiyyətdən əsər- əlamət yoxidi. Müstəntiq telefonla zəng edib, Səfərovun gətirilməsi barədə göstəriş verdi”.
Ardı var...
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-08-2019, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-08-2019, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01