reklam
Regionxeberlericom.az » Araşdırma » “Biznes təfəkkürləri olmadığından ziyanla işləyirlər” - Ekspert

reklam

“Biznes təfəkkürləri olmadığından ziyanla işləyirlər” - Ekspert


Xəbər verdiyimiz kimi, Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub. Hesablama Palatasının açıqladığı rəqəmlərdən bəlli olur ki, bir sıra dövlət qurumlarının büdcədən aldıqları vəsait onların büdcəyə ödədikləri vəsaitin həcmini dəfələrlə üstələyir.
Durumu “Yeni Sabah”a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlət şirkətlərinin uzun zamandır ziyanla işləməsi artıq sirr deyil. İqtisadçı qeyd edir ki, onların ziyanla işləməsinin səbəbi kimi hesabatlılığının zəif olması, şəffalığın aşağı olması və müxtəlif korrupsiya sxemləri ilə vəsaitlərin düzgün istifadə olunmaması, xərclənməməsi kimi göstərmək olar:

“Baxmayaraq ki, dövlət şirkətlərinin əksəriyyəti dövlət büdcəsindən həm dotasiya alırlar, həm müxtəlif güzəştlərdən istifadə edirlər. Müstəqillikdən üzü bəri ən azı 4 dəfə onların kommunal və vergi borcları silinib, amma bütün bunlara baxmayaraq, dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf olduqları üçün, xərcləriylə gəlirləri arasında balansın pozulduğundan və biznes təfəkkürləri olmadığından çox vaxt ziyanla işləyirlər.

Bunun qarşısının alınmasının yolu dəfələrlə publik çıxışlarımda şəxsən mən demişəm, ya qismən, ya da tam özəllişdirmə və ya dövlətsizləşdirmə - yəni uzun müddətli icarəyə verilmə yolu ilə həll etmək olar. Amma görünür ki, illərdir bu təklif səslənsə də , müxtəlif lobbi qruplar şirkətlərin dövlətsizləşməsinə qarşı çıxırlar”.

N. Cəfərli bildirir ki, bu şirkətlər dövlətin əlində olduqda ayrılan vəsaitlərin xərclənməsi ya da vəsaitlərdən dotasiya alınması asanlaşır: “Ona görə də bu lobbi qruplar qismən özəlləşməyə maraqlı deyillər və bu nə qədər ki, dölətin əlində olacaq, həmişə biz bu problemlərlə qarşı-qarşıya qalacağıq.

Əslində, dünya praktikası da göstərir ki, iqtisadiyyatın idarə olunmasında dövlət ən pis menecerdir. Dövlət ən yaxşı halda startap rolunu oynaya bilər. Dövlət iqtisadiyyatda rəqabətli mühiti təmin etməklə oyunçu rolunu oynasa, daha effektiv olur”.

Qeyd edək ki, ötən il SOCAR büdcəyə 1 milyard 425 milyon manat ödəyib, 1 milyard 486 milyon manat alıb. Azərenerji 86 milyon ödəyib, 240 milyon manat alıb. Azərbaycan Dəmir Yolları 15 milyon ödəyib, 607 milyon manat alıb. Azərsu 27 milyon ödəyib, 431 milyon manat alıb.


Paylaş:


Müəllif : Tarix:
7-08-2019, 14:29
Sikayət   


loading...
Загрузка...