“Kəmaləddin Heydərovun namizədliyini irəli sürdüyü üçün kollegiyadan çıxarılmışdı...”
“Hacı Məmmədovun məhkəməsini izləyənlərin yadında olar, məhkəmədə vəkil Həzi Məmmədov da iştirak edirdi. O vaxt Həzi müəllim bir gözəl söz demişdi, “vəkilliyin nüfuzunu artırmaq istəyirsinizsə Kəmaləddin Heydərovu kollegiyaya sədr qoyun”. Bir müddət sonra kişini kollegiyadan çıxartdılar, bilmirəm təzə sədr onu ölümündən sonra bərpa edib, yoxsa yox”.
Bunu tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədə yazıb. Bildirib ki, 2000-ci ilin aprel ayında Zakir Qaralovun Baş prokuror təyin edilməsi hüquq cameəsində mülayim desək müsbət qarşılanmadı.
“Zakir Qaralovla şəxsi tanışlığım universitedən başlayıb və 45 ilə yaxındır. Bunun təxminən 20 ili onun Baş prokurorluğu dövrünə düşür. Mənim onunla şəxsi konfliktim və yaxın münasibətlərim olmayıb.
Vaxtı ilə prokurorluqda işləyən biri kimi deyə bilərəm ki, əslində digər hüquq mühafizə orqanlarında qanunçuluğa əməl edilməsinə nəzarət etməli olan prokurorluq Qaralovun sayəsində bu günkü vəziyyətə düşüb. Hamı kimi Zakir Qaralov da gec –tez ya yaşına, ya da başına görə vəzifəsindən gedəcək. Bu gün səsini çıxartmağa cəsarət etməyənlər, arxasınca danışıb görəndə üzünə gülənlər onu söymək üçün növbəyə duracaqlar. Sözünü vəzifədə olanda üzünə deyənlər isə sakitcə kənara çəkiləcəklər.
Vəzifəyə gələndə bəlkə də Qaralovun azdan-çoxdan nüfuzu vardı, Hacı Məmmədovun işindən sonra bunu da itirdi. Bu gün kimsə desə ki, sabiq MT naziri Qaralovdan da haqq alırdı şəxsən mən buna inanaram. Yəqin çoxunuz bilmirsiniz ki, 2005-ci ilin mart ayının 10-da Hacı Məmmədov və dəstəsinin əksər üzvləri həbs ediləndə cinayət işi üzrə istintaqı prokurorluq aparırdı. 2005-ci ilin mart ayının 25-də istintaq Baş prokurorun qərarı ilə MTN-in istintaq idarəsinə həvalə edildi. Bu prokurorluğun nüfuzuna ağır zərbə idi, baş prokuror qanunları ayaq altına atdı, sonrakı dövrlərdə isə tapdamağa başladı.
İstintaqın MTN-ə həvalə edilməsi barədə 25 mart 2005-ci il tarixli qərarında Qaralov bunu belə əsaslandırdı: «İstintaq zamanı sadalanan cinayətlərlə bərabər, Hacı Məmmədov tərəfindən külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə (? - A.İ.) xarici dövlətlərə aparılması, müxtəlif vaxtlarda xarici dövlətlərdə olması, həmin dövlətlərdə müxtəlif şəxslərlə iş birlikləri qurması, vaxtaşırı xarici ölkə vətəndaşlarından pul vəsaitləri alması aşkar edilmişdir. Bu səbəbdən də Hacı Məmmədovun hərəkətləri onun əvvəllər təqib edildiyi Azərbaycan Respublikasının 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş CM-nin 70, 146 və hazırda qüvvədə olan CM-nin 144, 120 217, 228 və 234-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə bərabər, ibtidai istintaqın aparılması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq orqanlarına həvalə edilmiş Azərbaycan Respublikası CM-nin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətləri görünür.
Sadalanan xüsusatlarla yanaşı Hacı Məmmədovun təqib edildiyi cinayət əməllərinin törədilməsi hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, həmin cinayətlərdə iştirak edən şəxslərin dairəsini, habelə Hacı Məmmədov tərəfindən belə cinayətlər törədilməsində xarici təşkilatların iştirakını müəyyənləşdirmək üçün əməliyyat tədbirləri keçirilməsi Azərbaycan Respublikası MTN tərəfindən icra edilməlidir. Göstərilənlərə əsasən, həmçinin Hacı Məmmədovun əməllərinin tam və hərtərəfli araşdırılması üçün çoxsaylı əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini, belə əməliyyat tədbirlərinin keçirilməsinin Azərbaycan Respublikası MTN-ə həvalə edildiyini, əldə olunan əməliyyat məlumatlarının prosessual qaydada vaxtında yoxlanılmasını nəzərə alıb, cinayət təqibinin səmərəliliyini təmin etmək məqsədi ilə» istintaq MTN-nin müstəntiqlərinə həvalə edilsin”.
Həmin qərarla Baş prokuror ibtidai araşdırmaya prosessual rəhbərliyi də öz üzərinə götürmüşdü. Bu qərar tamamilə qanunsuz idi. Hacı Məmmədova nə o vaxt, nə də sonralar CM-nin 206-cı maddəsi ilə ittiham elan edilmədi. Ona belə bir ittiham elan edilsəydi belə, ən azı polis əməkdaşı olduğuna görə istintaqı prokurorluğun müstəntiqləri aparmalı idi.
İstintaq aidiyyətinin kobud şəkildə pozulmasında bu bir ilk idi, sonrakı dörlərdə bu adət halını aldı.
Elmar Hüseynovun öldürülməsi faktına görə başlanmış cinayət işi cinayəti törətmiş şəxslər müəyyən edilən kimi məhz Qaralovun qərarı ilə iş istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-08-2019, 22:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-08-2019, 22:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti