reklam
Regionxeberlericom.az » Araşdırma » Kvadratın sahəsini hesablaya bilməyən 2 min müəllimi hansı universitet hazırlayıb? - HƏQİQƏTƏN DƏ...

reklam

Kvadratın sahəsini hesablaya bilməyən 2 min müəllimi hansı universitet hazırlayıb? - HƏQİQƏTƏN DƏ...
















Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanlarının nəticələri barədə açıqlamasında məktəblərdə savadsız müəllimlərin olduğunu söyləyib. Nazir deyib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir: "İlk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır.

Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək? Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm".

Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada savadsız müəllimlərin məktəblərdən uzaqlaşdırılması barədə etrazlar səslənir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq üçüncü dəfədir ki, nazirin dilindən müəllimlərin savadsızlığı barədə iradlar səslənir. Ekspertin sözlərinə görə, bu müəyyən qədər müəllimləri gözdən salır, müəllim nüfuzuna təsir edir. Bununla belə K. Əsədov ümumtəhsil müəssisələrində savadlı müəllimlərin işləməsinin vacib amil olduğunu söyləyir. Amma ekspert deyir ki, Elm və Təhsil Nazirliyi problemin kökünü məktəblərdə axtarmalı deyil:

"Müəllimləri yetişdirən ali məktəblərdir. Elm və Təhsil Nazirliyi isə ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət edə bilmir. Ümumtəhsil müəssisələrində çalışan müəllimləri nazirlik 2014-2019-cu illərdə diaqnostik imtahanlara cəlb edib. Demək ki, bu imtahanlar vaxtında şəffaf keçirilməyib. İmtahanlara hər il milyonlarla vəsait boşuna xərclənib. Həmin sualı cavablandırmayanlar arasında "Əməkdar müəllim"lər var. Sual yaranır ki, nazirlik onlara necə "Əməkdar müəllim" adı verib? Bu problemin səbəbi ETN-nin səriştəsiz fəaliyyətidir".

K. Əsədov deyir ki, Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Hər il orta ümumtəhsil məktəblərinə isə minimum 9-11 min nəfər şəxs qəbul olunur: "Bu o deməkdir ki, son 10 il ərzində 100 minə yaxın şəxsi indiki Elm və Təhsil Nazirliyi qəbul edir. Demək, ETN-in işə qəbul prosesi obyektiv və şəffaf deyil".

K. Əsədov bildirir ki, indiyədək sertifikasiya imtahanında yalnız ibtidai sinif müəllimləri iştirak ediblər. İmtahandakı sulların bu hissəsi isə ibtidai sinif proqramından kənardır.

Ekspert onu da söylədi ki, müəllimləri mütəmadi imtahana cəlb edən nazirlik işçilərinin mütləq əksəriyyəti işə dövlət qulluğuna qəbul imtahanından keçmədən qəbul olub: "Hansı nazir müavini, şöbə müdiri dövlət qulluğu imtahanından keçib? Hamısı xaricdə təhsil adı ilə gəlib işə qəbul olunublar. Bəli, müəllimlərimiz arasında yaxşı nəticə göstərməyənlər var. Unutmaq olmaz ki, bu gün məzunları ali məktəbə hazırlayan repetiitor müəllimlərin də demək olar ki, hamısı orta məktəblərdə dərs keçən müəllimlərdir. Nazirlik məktəblərdə savadsız kadrların olmasının səbəbini ali məktəblərdə axtarmalıdır. ETN nə vaxt gedib ali təhsil müəssisələrində keyfiyyəti yoxlayıb? Son 3 il ərzində ETN-dən çıxan şəxsləri rektor göndəriblər. Hamısı onların təhsilə verdiyi zərərin nəticəsidir".

Ona görə də ekepert ilk növbədə universitetlərdə təhsilin keyfiyyətinin artırılmalı olduğunu söyləyir.

Azərbaycanda ən çox müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinin Riyaziyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının dossenti, riyaziyyat üzrə fəlsəfə doktoru Qulaməli Balaşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin vurğuladığı məsələ təkcə ali məktəblərin kadr hazırlığı ilə bağlı deyil. O, bildirir ki, əslində universitetlərdə hazırlanan müəllimlərə kvadratın perimetri tədris olunur:

"Ali məktəblərin pedoqoji kadr hazırlığı proqramında 2-ci kursdan riyaziyyatın tədrisi metodikası fənni, sonda isə həndəsə fəni tədris olunur. Bu fənlərin tədrisində kvadratın perimetri tələbələrə öyrədilir. Pedoqoji Universitet Azərbaycanda müəllim hazırlayan yeganə universitet deyil. Bu gün başqa universitetlər də pedaqoq hazırlayır. Riyaziyyat fənni hansı universitetdə necə keçirilir, hansı keyfiyyətdə tədris olunur, bu araşdırılmalıdır. Mən rayonlardan birində ibtidai sinif müəllimlərinə bir ay yarım təlimlər keçdim. Həmin müddətdə mənim təlim keçdiyim müəllimlərin mütləq əksəriyyəti kolleci bitirən müəllimlər idi. Xüsusilə regonlarda yaradılan kolleclərin məzunları. Onların bilik səviyyəsi çox aşağı idi. Riyaziyyatdan primitiv bilikləri belə yox idi. Əlbəttə belə müəllimlər imtahan verdikdə kvadratın perimetrini hesablaya bilməyəcəklər".

Q. Balaşov deyir ki, vaxtıilə ibtidai sinif müəllimi hazırlığında ciddi nöqsanlara yol verilib. Aidiyyatı olmayan ali təhsil müəssisələrinə ibtidai sinif müəllimi hazırlamaq səlahiyyəti verilib: Məsələn, Gəncə Sənaye Texnikumunda ibtidai sinif müəllimi hazırlanıb. Bu Misir Mərdanov Təhsil Naziri olduğu vaxtlar baş verib. Universitetlərə hər rayonda bir filial aşmağa icazə verilirdi. Plan yeri ayrılırdı ki, onlar ibtidai sinif müəllimi hazırlasınlar. Amma ibtidai sinif müəllimi hazırlayan universitetin, kollecin ixtisaslı müəllim kontingenti olmalıdır. Ümumiyyətlə hər hansı fənn üzrə kadr hazırlığında vahidlik prinsipi olmaldıır. Amma indi müəllim hazırlayan hər universitetin öz proqramı var. Dərslik proqramı isə eynidir. Bu cür müəllim hazırlığı düzgün deyil".




Paylaş:


Müəllif : Tarix:
17-10-2022, 09:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər