Qatil türk diplomatı necə öldürdüyünü açıqladı - Video
İraqın Ərbil şəhərində türkiyəli diplomatı qətlə yetirən əsas günahkarlardan biri Məzlum Dağ PKK ilə necə əlaqə saxladığı və hücumu hansı şəkildə həyata keçirdiyi barədə ətraflı danışıb.
İraq Kürd Regional Rəhbərliyinin xüsusi xidmət orqanlarının yaydığı görüntülərə əsasən, M.Dağ Qəndildə 26 gün hərbi təlim keçdiyini etiraf edib.
Ərbilə 2015-ci ildə gəldiyini deyən Dağ PKK ilə qardaşı İbrahim Dağ vasitəsilə əlaqə qurduğunu bildirib:
"İbrahim ötən ilin fevral ayında Qəndilə gedəcəyini söylədi. Mən də qoşulmaq istədiyimi qardaşıma dedim. Aprel ayında mənə PKK-dan telefon zəngi gəldi. Nömrəmi qardaşımdan aldıqlarını söylədilər. Ranya (Süleymaniyyə) rayonu üzərindən Qəndilə getdim. Fateh və Botan adından istifadə edən bir adam tərəfindən qarşılandım. Təxminən 26 gün Qəndildə onlarla birlikdə qaldım. Silahdan istifadə etməyi öyrəndim. "Kalaşnikov" və tapança ilə atışlar etdim. Bundan sonra Ərbilə geri dönüb bir klubda işləməyə başladım".
Qəndildən geri qayıtdıqdan sonra PKK vasitəsilə siirtli Məmməd və Dıjvar ləqəblərindən istifadə edən təşkilat üzvü Əbdürəhman Ərlə tanış olduğunu qeyd edən Dağ onunla bir neçə gün görüşdüyünü deyib:
Mənə Türkiyə Baş Konsulluğunda çalışan birinin şəklini göstərdi. Sonradan bu şəxsin adının Osman Köse olduğunu öyrəndim. Məndən bu şəxsi təqib etməyimi və onun barədə məlumatlar toplamağımı istədilər. Dıjvara məlumatlar ötürdüm və o da bu barədə Qəndildəki Fatehə göndərdi. Məndən onu öldürməyimi istədilər. Bu işi təkbaşına görə bilməyəcəyimi, yanında 2 mühafizəçisi ilə birlikdə 3 nəfər olduqlarını söylədim. Daha sonra Kösenin olduğu restorana getdik, hücum zamanı sağ ayağımdan vuruldum. Hadisədən bir müddət sonra hücumu birlikdə təşkil etdiyim iki nəfərdən ayrıldım.
Ərbildə bir neçə məkan dəyişdirdikdən sonra 20 iyulda İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldım".
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-07-2019, 08:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-07-2019, 08:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti