Abeni güllələyən şəxs danışdı
Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni öldürən hücumçu danışıb.
Yapon mediası hadisə yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınan hücumçunun 41 yaşlı Tetsuya Yamaqami olduğunu müəyyən edib. Bir müddət Yaponiya donanmasında çalışdığı öyrənilən və bir müddət işsiz qalan Yamaqami haqqında istintaq başladılıb.
Yaponiya dövlət televiziyası NHK də Yamaqaminin 2002-2005-ci illər arasında donanmada xidmət etdiyini bildirib. Polisin dindirilməsi zamanı Yamaqami sui-qəsdin motivini də açıqlayıb.
Yamaqami deyib ki, o, "müəyyən qruplara" kin bəsləyir və Abe-nin bu qrupla əlaqəsi olduğuna inandığı üçün onu öldürüb. Yaponiyada ən uzun müddət baş nazir vəzifəsini icra etmi Abeni öldürən Yamaqaminin evinə də basqın edilib.
Digər tərəfdən, NHK hücumçunun Abeyə siyasi inancı və yanaşmasına görə hücum etmədiyini bildirib. Ölkənin ən çox oxunan qəzetlərindən biri olan “Mainichi” Yamaqaminin bir dini qrupu hədəf aldığını və hədəfinin əslində mitinqə qatılmayan dini lider olduğunu iddia edib.
Qeyd edək ki, hücum edən şəxs Abeni boynundan yaralayıb. Həm hadisə yerində, həm də xəstəxanada tibbi müdaxilə edilən təcrübəli siyasətçi dünyasını dəyişib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2022, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər