Uşaqların ölümünə səbəb olan həkimlər... – Onlarla nə edək?
Xəbər verdiyimiz kimi, son 10 gün ərzində həkim səhlənkarlığı səbəbindən 2 uşaq ölümü baş verib. Biri özəl klinikada baş vermiş 8 yaşlı Tunar İsayevin ölümü, digəri isə 10 aylıq körpə olan Ağdaş rayon sakini Ələkbərli Türkelin ölümüdür.
Bu hadisələrlə əlaqədar “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Sabah”a açıqlama verib. Hüquqşünas bildirir ki, əgər faktlar öz təsdiqini taparsa, yəni həkim səhlənkarlığı baş veribsə, həkimin öz fəaliyyətəndə yanlış qərar qəbul etməsi nəticəsində bu ölüm hadisələrinin baş verdiyi sübut olunursa, şübhəsiz ki, cinayət məcəlləsinə cəlb olunmalıdır.
“Amma hər şeydən əvvəl bu əsaslı dəlillərlə sübut olunmalıdır. Buna görə də mən indidən bir fikir söyləməyə çətinlik çəkirəm. Çünki cinayət işinin istintaqında sübutlar toplanılsın, daha yaxşı olardı ki, ibtidai istintaqın nəticəsi açıqlansın.
Əgər indidən deyilsə ki, həkim səhlənklarlığı baş verib, bu bir az ön yarğı ola bilər və gələcəkdə istintaqın da işinə mane ola bilər. Buna görə də biraz diqqətli olmalıyıq.
Mən bilirəm ki, Azərbaycanmda həkim səhlənkarlığı ucbatından ölüm hadisələri baş verir. Eyni zamanda yanlış diaqnozların qoyulması nəticəsində problemlər olur. Amma bütün hallarda məsələlər araşdırılmalıdır və öz hüquqi həllini tapmalıdır.
Əgər deyildiyi kimi, həkim səhlənkarlığından baş veribsə, belə əməllərin cəzas azadlıqdan məhrum olunmadır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-07-2019, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-07-2019, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti