Sabiq icra məmuruna hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz üçün çıxışının mətnini məhkəməyə təqdim edib. Hakim çıxış mətnini səsləndirib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, bir neçə epizod üzrə ittihama xitam verilməsini istəyib. O, səhhətində olan problemlərin də nəzərə alınaraq həbs nəzərdə tutulmayan cəza verilməsini xahiş edib.
Müşavirədən sonra məhkəmə A.Məmmədovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Qeyd edək ki, prokuror çıxışında Asif Məmmədovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, A.Məmmədov vətəndaşlar – Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.
Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-07-2019, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-07-2019, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti