Ruslar Azərbaycana niyə gəlmir? – Səbəblər
Xəbər verildiyi kimi, Gürcüstanda başlayan antirusiya etirazlarından sonra iyul ayının 8-dən etibarən Rusiyanın yerli aviaşirkətləri bu ölkə ərazisinə sərnişin daşımanı müvəqqəti olaraq dayandırıb. Bu qadağanın Gürcüstana səfər edən rusiyalı turistlərin sayının kəskin azalmasına səbəb olacağı, turistlərin ən çox üz tutduqları Batumi otellərinin xeyli boşalacağı gözlənilir.
Həmin qadağa tətbiq ediləndə Rusiyanın turizm məmurları bəyan edirdilər ki, Gürcüstana alternativlər var və rusiyalılar istirahət üçün Azərbaycana, yaxud Ermənistana, Türkiyəyə, separatçı Abxaziyaya üz tuta bilərlər.
Lakin azərbaycanlı ekspertlər ölkəmizin turizm sektorunda qiymətlərin yüksək, xidmət səviyyəsinin isə aşağı olmasını əsas gətirərək rusiyalı turist kontingentinin ölkəmizə səfər etməsinə şübhə ilə yanaşırlar. Ekspertlərin fikrincə, ən yaxşı halda Gürcüstana gedə bilməyən rusiyalı turistlərin 1 faizini ölkəmizə cəlb edə bilərik. O da yaxşı reklam aparılsa, lazımi addımlar atılsa…
Belə görünür ki, rusiyalı turizmçilər də azərbaycanlı ekspertlərlə eyni fikirdədirlər.
Rusiyanın tourbus.ru saytının yazdığına görə, yanvar-aprel aylarında Azərbaycanı 231 mindən çox rusiyalı turist (3,4% az) ziyarət edib. Eyni zamanda apreldə 2018-ci ilin aprel ayı ilə müqayisədə Azərbaycana gələn rus turist sayı 4,7% azalaraq 64,487 nəfər olub. Rusiya Turizm Operatorları Assosiasiyasının ekspertləri hesab edirlər ki, Azərbaycana olan turlara da tələbat azalıb, bu sahədə durğunluq hökm sürür, şirkətlərin satışları ötən illə müqayisədə 10 faizədək azalma var.
"Delfin" turizm şirkətinin baş direktoru Sergey Romaşkinin fikrincə, Azərbaycan istiqamətində 10 faizlik azalma rublun manata nisbətən zəifləməsi ilə bağlı ola bilər.
Onun sözlərinə görə, Azərbaycana turpaketlərin satılmasına mane olan səbəblərdən biri də uçuş qiymətlərinin baha olmasıdır: həftə sonu Bakıya bilet 18-20 min rubl təşkil edir ki, bu da bəzən Avropaya səfərlərin qiymətinə bərabərdir: “Aviabiletlərin belə yüksək qiymətləri ildə bir dəfədən çox istirahət edən varlı turistlər üçün əlverişlidir”, - S. Romaşkin vurğulayır.
Sergey Romashkinin sözlərinə görə, Yerevana uçuş qiyməti Bakıya nisbətən təxminən 10 faiz ucuzdur. Gürcüstandan birbaşa uçuşlara gəlincə isə, Tbilisiyə biletlər Bakıya uçuşlardan 20 faiz ucuzdur.
Turoperatorların "zəif" yerlərindən biri Rusiya bazarında reklam çatışmazlığı və Azərbaycanın turizm məhsulları bazarını pis bilmələridir. “ICS Travel Group” ekspertləri məhsulun xüsusiyyətlərini bilməməyə nümunə kimi bəzi turistlərin və agentlərin Azərbaycanı çimərlik ölkəsi kimi qəbul etmələrini göstərirlər.
"Azərbaycan çox qonaqpərvər bir ölkədir, amma buradan böyük bir sıçrayış gözləmək olmaz. Bu istiqamət gəncdir və hələ də inkişaf etdirilməlidir ", - “PAC Group” turizm şirkətinin rəhbəri Svetlana Qritsenko bildirir.
Turizm operatorlarının hesablamalarına görə, üçlük - Gürcüstan-Ermənistan-Azərbaycana olan satışların həcmi 20-25 faizdən çox olmamalıdır. Tur paketlərin satışlarının 45-50 faizi Gürcüstan, 30 faizi Ermənistan, qalanları isə Azərbaycan üçün nəzərdə tutulub. S. Qritsenko qeyd edir ki, Azərbaycan "rəqiblərinə qiymətlərdə uduzur, amma xidmət və otel baxımından onları üstələyir”.
“ANEX Tour” turizm şirkətinin rəhbəri Kristina Tsareva Qafqaz respublikaları bazarında Azərbaycanın satış payını 30 faiz səviyyəsində qiymətləndirir. Onun fikrincə, Azərbaycan indiyədək Gürcüstandan fərqli olaraq, kütləvi turist qrupları kifayət qədər işləməyib, konkret hadisələrlə, məsələn, “Formula 1” yarışlarına gəlmək istəyən ruslara daha çox diqqət yetirir.
Rusiya Turizm Operatorları Assosiasiyası ekspertlərinin fikrincə, yaxın perspektivdə Azərbaycan yüksək qiyməti və bahalı hava daşımaları səbəbindən çətin ki, Gürcüstana alternativ olsun.
"Jarkov Tur" şirkətinin baş direktoru Andrey Jarkov isə Azərbaycanın Gürcüstan üçün yaxşı alternativ olduğunu, hətta bəzi məqamlarda bu istiqamətin daha üstün olduğunu deyir: “Məsələn, xidmət. Başqa heç bir Qafqaz respublikasında hava limanında hiss olunmayan yüksək səviyyəli xidməti burada Heydər Əliyev aeroportunda görə bilərsiniz. Pasport nəzarətində sərhəd xidmətinin əməkdaşları qonaqları səmimi salamlayır və ölkədə xoş səfərlər arzulayırlar”.
A.Jarkovun sözlərinə görə, zəngin mədəni və tarixi irs, əla mətbəx və şərab Azərbaycanda yaxşı tətilin vacib tərkib hissəsidir. Həm də bu heç də Azərbaycanda Gürcüstandan pis deyil. Məsələn, Nabranda dəniz, istirahət mərkəzləri, hətta tibbi kurort var – orada əla balneoloji kurort yerləşir.
“Bundan əlavə, Azərbaycana "Azərbaycan Hava Yolları", "Aeroflot", "Ural Airlines", "S7", "NordWind", "UTrair" və "Iraero" uçuşlar həyata keçirir. Qeyd etmək lazımdır ki, Moskva-Bakı aviabiletlərinin qiyməti çox münasibdir ", - A. Jarkov hesab edir.
Virtualaz.org
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-07-2019, 21:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-07-2019, 21:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti