“SPİKERİN AİLƏSİ ACINDAN ÖLMƏLİDİR?!” – Deputatdan striptiz klub xəbərinə qəribə reaksiya
Milli Məclisin deputatı Fəzail Ağamalı spiker Oqtay Əsədovla bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, “bizimyol.info” saytına açıqlamasında deyib ki, belə xəbərlər Azərbaycan dövlətini, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıyır:
“Biz bu gün ölkə prezidentinə qarşı Avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq.
Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan, cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kampaniya aparılır. Bununla bərabər Rusiyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu, üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur”.
F.Ağamalı deyib ki, Oqtay Əsədovu 25 ildir tanıyır, o, kifayət qədər ciddi və imicini gözləyən adamdır. “Ona böhtan atmaq allahsızlıqdır. Başqa bir tərəfdən Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir? Sahibkarlıq iş yeridir, əlavə vergidir. Eyni zamanda, mən tam təminat verirəm ki, Oqtay Əsədov heç bir sahibkarlıqla məşğul deyil. Bunun altından imza atıram. Ona görə də bu tipli informasiyalar təxribat xarakteri daşıyır”.
Qeyd edək ki, O.Əsədov susmaqda davam etsə də, bir başqa deputat – Bəxtiyar Sadıqov da spikerin müdafiəsinə qalxaraq oxşar fikirlər səsləndirib. Lakin daha irəli gedən, göründüyü kimi, F.Ağamalıdır – dövlət, millət adına xəcalət olan xəbər və iddialara o, spikerin həyat yoldaşının, uşaqlarının sahibkarlıqla məşğul olmaq hüququ ilə bəraət qazandırmağa çalışır.
Əlbəttə, onların belə bir hüququ var. Lakin əvvəla, bu sahibkarlıq üçün yatırılan kapitalın mənbəyi göstərilməli, ikincisi isə, sahibkarlıq da sahibkarlıq olmalıdır. Bizə gizli düşmən mövqeyində olan bir ölkədə həyat yoldaşının adına striptiz klub, sauna açmaq sahibkarlıq deyil, XƏCALƏTDİR!
F.Ağamalının O.Əsədovun müdafiəsinə qalxarkən “sahibkarlıq iş yeridir, vergidir”deyə ortaya daşdan keçən “arqument” qoyması isə bir başqa aləmdir. Bir o qalıb iddia etsin ki, spikerin adına çıxılan Moskvadakı bu striptiz klubda işləyənlər də, dincələnlər də özümüzünkülər, yəni Azərbaycan vətəndaşları olub…
Vaqif NƏSİBOV
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-03-2019, 21:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-03-2019, 21:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |