Bakıda iş yoldaşını döydürən nazirliyin sabiq əməkdaşına hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nurlan Bəşirov, Bəhruz Əhmədov, Fariz Daşdəmirov, Mirafiq Bəşirov, Zaur Cəlilli, Namiq Alagözov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nurlan Bəşirov 4 il, Bəhruz Əhmədov 3 il 6 ay, Fariz Daşdəmirov 3 il, Mirafiq Bəşirov 15 il, Zaur Cəlilli 3 il 6 ay, Namiq Alagözov 3 il və Vüsal Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi Nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.
Vüsal Əliyev 2020-ci ilin mart ayının 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.
Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılmış, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2022, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |