İntihar edən idmançılarımız – Onları ölümə aparan səbəblər
Xəbər verdiyimiz kimi, dünən 2001-ci il təvəllüdlü akrobatika üzrə dördqat Avropa çempionu Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Onun ölümünə səbəb kimi isə yoldaşından boşanması və bundan sonra bir neçə nəfərlə danışmaq istəsə də, anasının qadağa qoyması göstərilir.
Bu hadisə Azərbaycanda son illər idmançıların özünə qəsd etməsi hallarınının artması problemini yenidən gündəmə gətirib.
İntihar edən idmançıların hər biri müxtəlif səbəblərdən bu yola əl atıb. Böyük əksəriyyət isə ailə-məişət problemlərindən dolayı özünü öldürməyi seçib.
Müxtəlif illərdə intihar edən idmançılarımızı və onların ölüm səbəblərini təqdim edirik:
Cari ilin 10 martında gecə saat 03:00-da 14 yaşlı Nurlana Əhmədova özünə qəsd edib. Yaşayış binasının 9-cu mərtəbəsindən özünü atan Nurlana hadisə yerindəcə keçinib. O, Azərbaycan Kopoera Federasiyasının üzvü olub və Azərbaycan yığmasının heyətində yer alıb.
13 iyul 2017-ci il tarixində yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasının üzvü, ikiqat Avropa çempionu olan Rəşad Dünyamalıyev intihar edib. 18 yaşlı idmançı Binəqədi kəndində yaşadığı evin həyətində özünü asıb. Onun intihara hansı səbəbdən əl atdığı səbəbi bilinməyib.
30 may 2017-ci ildə İftixar Taleh oğlu Məhərrəmov intihar edib. O, budo idman növü üzrə Dünya və Avropa çempionu idi, həmçinin kikboksinqlə də məşğul olurdu. 1997-ci il təvəllüdlü İftixarın anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atdığı bildirilib.
2013-cü ilin 10 iyun tarixində sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş Əhəd Rəcəbli özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb. Əhəd Rəcəblinin son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi qeyd edilib. O, intihardan əvvəl yoldaşını çörək almaq üçün mağazaya göndərib və o geri qayıdana kimi canına qıyıb.
Digər bir intihar hadisəsi isə yenə 2013-cü ildə, Əhəd Rəcəblinin ölümündən 1 gün sonra - 11 iyunda baş verib. Kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb. Federasiyadan onun narkotik maddə aludəçisi olduğunu öyrəndikdən sonra idmandan kənarlaşdırıblar. Bundan sonra o, həbsdə də olub. Keçmiş idmançının sağlamlığı, o cümlədən psixikası ilə problemləri olduğu üçün o, psixonevroloji dispanserdə uçotda olub. Alınmış məlumatlara görə, Aşurov həm də ayağında aparılacaq əməliyyata hazırlaşırmış. Onun yaşadiği yerdə də sıxıntılar çəkdiyi qeyd edilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-07-2019, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-07-2019, 12:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti