Azərbaycanda kimlər plastik əməliyyata gedir? - Cərrahla MÜSAHİBƏ
Son illər Azərbaycanda estetik əməliyyatlara maraq həddən artıq artıb. Tibb üzrə elmlər doktoru, professor, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər “Yeni Sabah”a estetik əməliyyatlarla bağlı ən yeni tendensiyalardan danışıb və pasientləri narahat məsələlərə aydınlıq gətirib.
- Son illər Azərbaycanda daha çox hansı növ estetik prosseslərə tələbat var?
- Ümumiyyətlə, təkcə Azərbaycanda yox, dünyada plastik cərrahiyəyə tələbat artıb. Burun plastikası, qırışların götürülməsi, artıq piylərin korreksiya olunması, qarın dərisinin yığılması, süd vəzilərinin böyüklüyünün kiçildilməsi daha çox həyata keçirilir. Ən çox burun əməliyyatlarına müraciət olunur.
- Sizcə bu marağa səbəb nədir?
- Bu psixoloji kompleksdir. İnsanlar özündə bir qüsur hiss edəndə onu qəbul edə bilmirlər. Tutaq ki kiminsə burnu əyridir, yaxud da kökəlib arıqlayıb, buna görə də dərisi sallanır – bunlar insanda psixoloji kompleks yaradır. Burun əməliyyatı 45-50 dəqiqə çəkir. Adicə toya getdikdə hazırlaşmağınız ən azı 1-1.5 saat vaxt aparır. Burundakı bu qüsuru aradan qaldırmağa isə daha az vaxt sərf edilir. Belə olduğu halda insan həyatının sonuna qədər niyə kompleksli yaşasın?
- Bu sahədə Azərbaycan həkimlərinə inam varmı?
- Mən deyərdim ki, elə bir plastik cərrahiyə əməliyyatı yoxdur ki, bizdə həyata keçirilməsin. Buna görə də son zamanlar Azərbaycandan xaricə bu sahə ilə bağlı gedən pasientlərin sayı xeyli azalıb. Biz statistika aparmışdıq, buna əsasən son 5 ildə estetik əməliyyatların 60 faizi ölkə daxilində aparılır.
- Kişi pasientlərinizin sayında artım varmı?
- Əlbəttə, ötən illərlə müqayisədə onların sayı artıb. Amma qadınlarla müqayisədə kişi pasiyentlərimizin sayı azdır. Lakin onlar da saç əkimi, üzdəki qırışlar, sallanma, gözaltı və gözüstü qapaqlarla bağlı əməliyyatlar üçün müraciət edirlər.
- Məşhurlardan kimləri əməliyyat etmisiniz?
- Çox olub. Amma onlar özləri açıqlamadıqca biz bununla bağlı məlumat verə bilmərik.
- Yayda əməliyyat etdirmək olmaz deyirlər, düzdür?
- 6000-ə yaxın əməliyyat növü var. Burada müxtəlif fəsillərdə məsləhət görülməyən əməliyyatlar da mövcuddur. Yay vaxtlarında piy aldırma, piy köçürtmə əməliyyatları etdirmək məsləhət deyil. Çünki onun xəstə üçün diskomfortu çox olur. Bir də ki, yay vaxtlarında biz çapıq toxumalarının lazerlə azaldılması əməliyyatını həyata keçirmirik. Çünki lazerlə dərini təmizləyib çapıqları götürəndə yerində ulturabənövşəyi şüaların təsiri ilə qara ləkələr əmələ gələ bilər.
- Yay fəslində əməliyyatdan sonra istifadə olunan dərmanların pasientlərə əks təsiri ola bilərmi?
- Xeyr. Hər bir əməliyyatın ona uyğun prosedur dərmanları var. Pasientlər dərmanları təlimatlara uyğun olaraq istifadə etsə, problem baş verməz.
- Xaricdən gələn pasientləriniz olurmu?
- Əlbəttə, Rusiyadan, Türkiyədən gələn şəxslər olur. Bu yaxınlarda İraqdan gələn pasientimiz olacaq.
- Hansı şəxslərə əməliyyat məsləhət görülmür?
- Biz əməliyyat üçün müraciət edən hər bir şəxsi əvvəlcədən yoxlayırıq. Məsələn, qanını, hemoqlobin səviyyəsini, şəkərini, kardiolojik bir problemi olub-olmadığını və s. araşdırırıq.
- Estetik cərrahiyə üçün yaş məhdudiyyəti mövcuddurmu?
- Bu əməliyyatın növünə görə dəyişir. Məsələn, burun əməliyyatları 15 yaşdan sonra məsləhət görülsə də, üzdartma əməliyyatı 42 yaşdan əvvəl məsləhət görülmür. Anadangəlmə dovşandodaq, qurdağız, qulağında deformasiya olan körpələr var. Dovşandodaq 5 aylıqda, qurdağız isə 12 ayında əməliyyat olunur. Bəzən olur ki, sağlamlıq problemi ilə bağlı erkən əməliyyat zərurətə çevrilir. Məsələn, uşaq yıxılır, burun sümüyü çökür, nəfəs ala bilmir. Biz gözləyə bilmərik ki, o, böyüsün.Xəstənin sağlamlığına, həyat tərzinə mənfi təsir edəcək problem varsa, əməliyyat edirik; yox sırf estetik məqsədlidirsə, gözlətməyi məsləhət görürük.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-07-2019, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-07-2019, 13:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti