Təhlükəli yağları istehsal edən kimlərdir? – Agentliyin yarımçıq açıqlaması
Qida Təhlükəsizliyi Agentliyi kərə yağları ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Həmin açıqlamada qeyd olunur ki, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Yəni dünya elminin təsdiq etdiyini, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də təqdiq edib.
Qeyd olunur ki, doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.
Amma maraqlıdır ki, agentliyin açıqlaması yalnız trans yağların insan orqanizminə zərəri haqdadır. Azərbaycanda bu halın olub-olmaması haqda informasiya verilmir. İnsanların həyatı üçün sağalmaq xəstəliklərə səbəb olacaq bu kimi yağların istehsalçıları da açıqlanmır.
Mediada mütəxəssislər yerli istehsalda nəinki palma yağından hətta neftdən alınan yağlardan da bitki yağlarının hazırlanmasında istifadə olunduğu bildirilir.
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Yeni Sabah”a verdiyi açıqlamada qeyd edir ki, o, bir istehlakçı kimi yağların tərkibində qatqı olduğuna əmindir, yediyimiz hər şeydə qatqı maddəsi mövcuddur: “Bu onun xarici görünüşündən, iyindən, rəngindən görünür ki, standartlara uyğun deyil.
İndi bunların yaxasınsan tutmaq lazımdır ki, 2 ildir ki, fəaliyyət göstərirsiz, hansı fakta əsasən bu qərara gəlmisiz? Nə aşkarladınız? Hansı müəssisədə idxal olunan və ya yerli istehsal olunan yağların tərkibində hansı qatqı maddələrini əldə etmisiz? Bunu açıqlamalıdırlar.
Qatqısı yüksək olan məhsulları istehsal edən müəssisə aşkarlanan zaman onların istehsal etdiyi məhsuldan asılı olaraq qərar qəbul olunmalıdır. Bu 2 cür qeyd oluna bilər - insan həyatı üçün təhlükəli deyil və insan həyatı üçün faydalıdır. İnsan həyatı üçün təhlükəli deyil - o deməkdir ki, insan qidalandı və zəhərlənmədi, ancaq bir müddət sonra bu məhsul insan orqanizmində fəsadlar törədir.
Orada qeyd olunmalıdır ki, hansı qatqıdan neçə faiz istifadə olunub, yəni razılaşma bağlanan zaman qəbul olunmuş standartlara uyğun gəlirmi, gəlmirmi? Çünki hər bir müəssisə öz məhsuluna fərdi yanaşır. Standartlar razılaşmaya əsasən qoyulur. Elə kərə yağı var ki, qiyməti 20 manatdır, elə kərə yağı var ki, 5-6 manat. Kərə yağının isə bir standartı var. Ola bilsin ki, bahalı olan yağ o standartlara uyğun gələn yağdır”.
Onu da xatırladaq ki, bir müddət əvvəl “Hürriyyət” qəzeti "Azərsun Holding"in istehsal etdiyi yağlarla bağlı sensasion məlumat yaymışdı. Xəbərdə bildirilir ki, ucuz başa gəldiyi üçün şirkət hazır yeməklərin, yarımfabrikatların və digər qida məhsullarının hazırlanmasında insan orqanizmi üçün zərərli olan palma yağından geniş istifadə edir: “Palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bəyan ediblər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsində bəlli olub ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.
Ümumdünya Səhiyyə Təşkilatının bir müddət öncə hazırlanmış hesabatından da görünür ki, bütün bunları nəzərə alan ekspertlər palma yağı sənayesinə münasibəti dəyişməyi məsləhət görürlər.
Ümumiyyətlə, təşkilatın mütəxəssisləri tərəfindən aparılmış təhlil zamanı palma yağının işemik ürək xəstəliklərinin artmasına səbəb olduğu müəyyən edilib. Onu da vurğulamaq lazımdır ki, palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər”.
Həmçinin iddia olunur ki, Bakı Neft Emalı Zavodundan tonlarla yağ "Azərsun Holding"in H.Z.Tağıyev (Nasosnu) qəsəbəsində yerləşən bazasına daşınır: “İddialara görə, holdinq zavoddan əldə etdiyi yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir. Əgər "Azərsun Holding" həqiqətən də Bakı Neft Emalı Zavodundan aldığı yağları bitki yağlarının hazırlanmasında istifadə edirsə, o zaman bu, birbaşa cinayət əməli, ölkənin qida təhlükəsizliyinə vurulan ağır zərbə kimi qiymətləndirilməlidir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-07-2019, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-07-2019, 13:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti