Masonlar Azərbaycanda toplantı keçirib – Boqdanov Bakıya niyə gəlib?
Rusiya lojasının böyük ustadı, Rusiya prezidentliyinə keçmiş namizəd Andrey Boqdanov Azərbaycanın Böyük Mason Lojasının assambleyasına qatılmaq üçün növbəti dəfə Bakıya baş çəkib.
İndi Rusiya və Azərbaycan lojaları arasındakı münasibətlər ən yüksək səviyyədədir. Boqdanov deyib ki, gələn il Moskvada azərbaycandilli loja qurulacaq. Şübhəsiz, bu zaman ora Azərbaycan millətindən Rusiya vətəndaşları, ya da Rusiyada daim yaşayan Azərbaycan vətəndaşları daxil olacaqlar. O, Rusiya Böyük Lojasının (RBL) yurisdiksiyası altında işləyəcək, amma Boqdanovun özünün göstərdiyi kimi, “masonluqda milləti göstərmək qəbul olunmur”.
Doğrudan da, tarix şahidlik edir ki, müxtəlif ölkə və qitələrin ərazilərində fəaliyyət göstərən mason lojaları həmişə beynəlmiləl olub. Cənubi Qafqazdakı mason lojaları Yaxın Şərqdəki kimi millət, vətəndaşlıq və inancdan asılı olmayaraq öz sıralarına qəbul edib və edir.
Durumun ilk özəlliyini məhz bu fakt üzə çıxarır: Azərbaycan masonluğunun qurulmasının təşkilati tərəfi.
İkincisi: var olan tarixi sənədlər iddia etməyə imkan verir ki, XIX yüzilliyin sonunda çar hərbi kəşfiyyatı Cənubi Qafqazda vahid siyasi və fəlsəfi platformanın hazırlığı gedən mason lojalarının meydana çıxmasını təşviq edib. Onların vasitəsilə Fransanın Böyük Lojası və Şərqin Böyük Lojasının iştirakı ilə Osmanlı imperiyasında güclü ictimai-siyasi hərəkatlar törətmək məqsədi güdülüb. Məhz mason strukturlarında “mənəvi və ideya fikir birliyi” ifadə edən “Müsavat” və “Daşnaksutyun” partiyaları daxil olmaqla Cənubi Qafqazın millətçi siyasi partiyalarının bir çox liderlərinin mason olduqları təsadüfi deyil.
Qafqazlıları seçərkən, həlledici kriteriyalar Rusiya və Osmanlı imperiyalarına münasibət idi. Bu gün hər şey başqa cürdür. Açıq məlumat nəşrlərində göstərildiyi kimi, Bakıda fəaliyyət göstərən milli loja 2008-də qurulub. Habelə deyilir ki (Boqdanovun müsahibələrin birində bildirdiyi kimi), Azərbaycanda loja praktik baxımdan “Rusiya və ABŞ-ın böyük mason lojalarının birbaşa iştirakı ilə” qurulub. Rusiyanın böyük ustadınnı sözlərinə görə, “on iki il əvvəl Vaşinqtonda azərbaycandilli lojalar və biri də Moskvada qurulub, sonradan isə Vaşinqtonda daha bir loja yaradılıb”.
İddia olunur ki, Cənubi Azərbaycan mənşəli amerikalı, “Azərbaycan-Almaniya dostluq münasibətləri” təşkilatının rəhbərinin əmoğlusu Ağabəy Azərbaycani Amerika lojalarının nüfuzlu üzvü olmaqla ideyaların yayılması üçün yerli sosial mühitin parametrlərini aydınlaşdırmaq qəsdilə Azərbaycana gəlib. Azərbaycandakı loja buna görə də bütün əlamətlərə əsasən ABŞ masonlarının yurisdiksiyası altındadır, BRL isə kurator funksiyası həyata keçirir.
Amma burası da var ki, hər necə olsa da, masonlar Azərbaycanda hakimiyyət tərəfdən maneələrlə üzləşmədən açıq fəaliyyətdədirlər. Türkiyədə isə prezident Rəcəb Tayib Ərdoğan masonları nüfuzdan salmaq üçün birinci il deyil fəal kampaniya apararaq onları “gizli və cinayətkar struktur” sayır. O, tələb edib ki, lojalara üzv olan siyasətçilər bunu rəsmən boyunlarına alsınlar. Bax, masonların Azərbaycanda meydana çıxması buna görə ilk təxmində müəyyən siyasi ekzotika kimi qəbul edilir. Onlar hakimiyyət və biznes strukturlarına sızdıqlarını nə təsdiq, nə də təkzib edirlər, amma açıqlıqdan danışaraq yenə də qapalı qalırlar ki, bu da inanılmaz xeyli şayiələr doğurur.
Bununla yanaşı, onlar KİV-lərdə öz mövzularını yeridə bilir, köhnə mülklərdə və pilləkanın təsvir edildiyi 50 manat dəyərində əskinasda mason simvollarının faktiki varlığına işarə edirlər. Pilləkan masonluqda çar Süleymanın məbədinə aparan yeddi pillədir. Burada intriqa bundadır ki, hələlik aydın deyil – hakimiyyətmi masonları “çulğalayır”, yoxsa onlarmı hakimiyyəti.
Bu da maraqlıdır ki, Azərbaycan və Ermənistan masonları Rusiyanın, ABŞ-ın böyük lojalarında, ya da haradasa Avropada görüşürlər. Onlar bir-birini formal olaraq tanımırlar, amma bu, aralarında müəyyən danışıqlar prosesinin varlığını istisna etmir. Dolayı məlumatar var ki, Fransan;n Ermənistanda müstəqil loja quran Böyük Şərq mason lojasının ustadı Kristof Abas belə dialoqda vasitəçi kimi çıxış edir və ya edib. Əgər rəsmi Bakının baş verən masion manevrlərinə mövqeyindən danışılsa, deyəsən, “İtaliyanın Böyük Şərqi”nin böyük ustadının təsvir etdiyi kimidir – o deyirdi ki, masonların fəaliyyətinin ayrı-ayrı hökumətləri tərəfindən qəbul edilməsi “yetkin demokratik inkişafın”əlamətidir. Görünür, indiki mərhələdə Bakıya bundan artığı gərək də deyil.
Strateq.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-07-2019, 18:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-07-2019, 18:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11