Növbədənkənar seçki keçirilə bilər? – Deputat
Milli Məclisin buraxılması şayiə səviyyəsindən yuxarı qalxmır. Bunu nə rəsmi mənbələr təsdiq edir, nə də həmin mənbələrdən belə bir məlumat sızır. Milli Məclis niyə özünü buraxmalıdır ki? Heç növbədənkənar seçkilərdən də söz gedə bilməz.
Bu sözləri deputat Musa Quliyev sosial şəbəkələr və bəzi media orqanlarında parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlar barədə “Yeni Müsavat”a geniş müsahibəsində deyib.
Millət vəkili bildirib ki, bu cür dezinformasiyaların yayılması bəzi kütləvi informasiya vasitələrinin sensasiya yaratmaq meylindən irəli gəlir:
“Sosial şəbəkələrdə bu meyil, bu tendensiya daha güclüdür. Əslində sosial şəbəkələrdə də bir polemika mədəniyyəti, əndazə, məsuliyyət hissi olmalıdır. Görünür, hələ təzə başlamışıq deyə, bizə bir neçə il vaxt lazım gələcək ki, sosial şəbəkələr müəyyən mədəniyyət və ünsiyyət formalarına yiyələnsin. Yəni bu şayiələr, müzakirələr sensasiya yaratmaq - maraqlı oxunmaq arzusundan və məsuliyyətin az olmasından irəli gəlir. Rəsmi olaraq da elə bir fikir yoxdur. O ki qaldı iyul ayında növbədənkənar sessiyasının daha iki iclasının keçirilməsinə, burada da təəccüblü və qeyri-adi bir məsələ yoxdur. Yaz sessiyası başa çatmaq ərəfəsində məlum oldu ki, parlamentin gündəliyində yarımçıq qalan xeyli məsələ var. Ona görə bir çox deputat Milli Məclisin sədrinə müraciət etdi ki, yaz sessiyasından əlavə növbədənkənar sessiya çağırılsın və yarımçıq qalan məsələlər bitsin. Növbədənkənar sessiya da 2 iclasdan və ya 5 iclasdan ibarət ola bilər. Burada da qəribə bir məsələ yoxdur. İyulun 9-u və 12-də nəzərdə tutulan iclaslar da həmin o növbədənkənar sessiyanın iclaslarıdır. Yəni nə fövqəladə, nə xüsusi, nə də xüsusi tapşırıqla olan iclasdır”.
Deputat M.Quliyev bildirib ki, növbədənkənar seçkilərin keçirilməsini nə ictimaiyyət istəyir, nə də buna ictimai maraq var:
“Böyük bir müsahibədən başlığa çıxarılan iki cümlədən o nəticəyə gəlirlər ki, növbədəbnkənar seçki keçiriləcək. Ancaq girib yazını oxumurlar ki, burada əslində nədən söhbət gedir. Guya Milli Məclis buraxılır, növbədənkənar seçki keçiriləcək. Amma heç kəs demir ki, parlament niyə buraxılır və niyə növbədənkənar seçki keçirilməlidir. Bu barədə nə rəsmi məlumat, nə rəsmi açıqlama var. Əslində rəsmi açıqlamalar var ki, bu olmayacaq, növbəti seçki öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Amma Milli Məclisin buraxılması üçün əsaslar varmı, yoxmu, bunu söyləyən yoxdur “Milli Məclis buraxılır” deyənlərin içərisində. Hesab edirəm ki, bu, sensasiya naminə və oxucu toplamaq marağından irəli gəlir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-07-2019, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-07-2019, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11